Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ölülərə vurulan, dirilərə daha çox faydalı olan kafur - Foto

Ölülərə kafur vurulması barədə yəqin az- çox hər kəsin məlumatı var. Kafur əslində hamımızın bildiyi kamfora ilə eyni maddədir. Kafur ağacından hazırlanır.Ölənlərə vurulmasında məqsəd qoxusu ilə cücüləri meyitdən uzaq tutmaq, çürümənin vaxtını uzatmaqdır.

Bizimyol.info kafurun faydaları barədə maraqlı məlumatı diqqətinizə çatdırır. Ətri tünd kəskin, dadı acıdır.Kafur kristalları 2000 il yaşaya bilir.

Kafur ağacı uzaq Asiya ölkələrində yetirşir, gövdəsindəki yağ hüceyrələri hava ilə təmas edərkən kristala dönür. Kənardan baxanda duza bənzəyir. Ağacın budaq və yarpaqlarından da kafur əldə edilir.

Yapon təbabətində kafur qida maddəsi kimi məsləhət bilinir. Sellüloz sənayesində, foto kağızlarının, film lentlərinin, bilyard toplarının hazırlanmasında xam maddə kimi istifadə olunur.

Faydaları

Çox tərləmə, atəş basması və zəhərlənmələr zamanı faydalıdır.

Saç tökülməsinin qarşısını alır.Spirtlə qarışdırılıb istifadə edildikdə kəpəyin qarşısını alır. Gözün iltihablanması zamanı istifadəsi faydalıdır.Bir fincan suya bir çay qaşığı kafur qatıb qaynatdıqdan sonra içərisinə bal əlavə edib içmək ishala kömək edir.

Sirkəyə qarışıdırıb iylədikdə burun qanamasını dayandırır, eyni qarışım ağız içi infeysiyaları qarqara yolu ilə məhv edir.

Oynaq ağrıları zamanı kafur yağı ağrıkəsici təsirə malikdir.

Cücülərin dişləməsi zamanı yaranmış qızartıları da kafur vasitəsi ilə aradan qaldırmaq olar.

Açıq yaralara sürtülən kafur yaranın üzərində iltihab və çirk toplanmasının qarısını alır sağalmanı sürətləndirir.

Ekzema və qaşıntılara yaxşı təsir göstərir.

Dabanda yaranmış çatlaqları kafurlu su vannası ilə sağaltmaq olar.

Kafuru iyləməklə yuxusuzluq problemini aradan qaldırmaq mümkündür.

Lakin zərəri və əks təsirləri də ola bilər. Kafur həddən artıq istifadə edildikdə böyrək daşı yarada bilər. Yandırıcı xüsusiyyəti olduğundan dozanı aşmaq ciddi fəsad yaradar. Çox istifadəsi baş gicəllənməsi,yaddaşsızlıq, dəngəni itirmək, titrəmə kimi hallara səbəb ola bilər.

Son xəbərlər
Bütün xəbərlər »