Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Mariya Zaxarova: "Azərbaycan-Ermənistan sərhədindəki vəziyyətdən narahatıq"
Mariya Zaxarova

“Rusiya Azərbaycan – Ermənistan sərhədində vəziyyətin gərginləşməsindən narahatdır”.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Mariya Zaxarova brifinq zamanı bildirib.

O bildirib ki, gərginliyin artması bu yaxınlarda atəşkəsin bərqərar olması ilə bağlı əldə olunmuş razılaşmalara və münaqişənin siyasi yollarla həll edilməsi ilə əlaqədar səsləndirilən bəyanatlara ziddir.

“Vəziyyətin daha da gərginləşməsi yolverilməzdir. Münaqişə tərəflərini təmkin nümayiş etdirməyə, güc istifadəsindən imtina etməyə və vəziyyətin stabilləşməsinə yönələn tədbirlər görməyə çağırırıq”, - M. Zaxarova vurğulayıb.

Qeyd edək ki, Azərbaycan-Ermənistan dövlət sərhədində təmas xəttində yerləşən Dövlət Sərhəd Xidmətinin sərhəd döyüş mövqelərinə qarşı Ermənistan təxribatlar törədib.

Bir neçə gün əvvəl Ermənistan snayperləri tərəfindən Azərbaycanın döyüş mövqelərindən arxa istiqa­mətdə hərəkətdə olan “Ka­mAZ” markalı hərbi yük maşını atəşə tutulub, açılan güllələrdən biri avto­mobilin ön şüşəsinə dəyib.

Bundan başqa, 28 iyul tarixində 22:00 radələrində Azərbaycanın döyüş mövqeləri və arxa istiqamətdə hərəkətdə olan hərbi nəqliyyat vasitələri Ermənistan silahlı bölmələri tərəfindən növbəti dəfə atəşə tutulub. Ermənistan snayperləri tərəfindən açılmış güllələr üzərində “Hərbi tibbi yardım” sözləri yazılmış və qızıl aypara nişanının təsviri olan “UAZ” markalı avtomobilə dəyib. Ermənistan snayperlərinin atəş nöqtələri cavab atəşi ilə susdurulub. (apa)

Paylaş »
››› Çingiz Əhmədovdan həmkarına sərt mesaj: "Rəhman “kukla oynadan” olub da, kim olub ki?!"
››› İranın Ali dini lideri etirazçılara müraciət edib
››› Almaniya məhkəməsi 12 yaşlı azərbaycanlının deportasiya qərarını ləğv edib
››› Ad günündə sevgilisini və dostunu güllələdi
››› SOCAR-ın yüksək vəzifəli əməkdaşının qardaşı Xəzərdə itkin düşdü
Son xəbərlər
Bütün xəbərlər »