Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Maarifci-mesenat Mirzə Məhəmməd Zamanbəyli

Bu gün Maarifci-mesenat Mirzə Məhəmməd Zamanbəylinin anadan olmasının 159-cu il dönümüdür. Mirzə Məhəmməd Zamanbəyli 1 avqust 1860-cı il tarixdə (Azərbaycan Dövlət Arxivinin kameral siyahısına əsasən) Naxçıvanin Şahbuz kəndində anadan olub. Qori Müəllimlər Seminariyasının ilk məzunlarındandır. Görkəmli maarifçi və pedaqoq K.D.Uşinskinin lahiyəsi əsasında 1876-cı ildən fəaliyyətə başlayan seminariyanın seminaristi və ilk məzunlarından biri olan M.M.Zamanbəyli fəaliyyətinin bütün dövrlərini xalqın maariflənməsinə həsr edib. Hələ o, seminariyada təhsil alarkən tanınmış maarifçi və pedaqoq A.O.Çerniyayevskinin siyasi və elmi düşüncələri ilə tanış olub.

Mirzə Məhəmməd Zamanbəyli

M.M.Zamanbəyli maarifçiliklə yanaşı, xeyriyyəçilik xidmətləri danılmazdır. Belə ki, o Naxçıvanda "Xeyriyyə" cəmiyyətini yaratmaqla mülklərindən əldə etdiyi gəlirləri kimsəsiz və yoxsul ailələrə, uşaqlara paylayıb. Öz vəsaiti hesabına onlarla yeniyetməni Qori Seminariyasına təhsil almağa göndərib. M.Məhəmməd bəy Şahbuzda öz vəsaiti hesabına məktəb tikdirmiş, məktəbin maliyyə məsələlərini də öz vəsaiti hesabına həll etmişdir [2> 1918-ci ildə M.M.Zamanbəyli Azərbaycan Xalq Cumhuriyyətini yaradılması üçün mübarizə aparan ziyalılarımızdan biri olmuşdur. Xalq Cümhuriyyətinin qələbəsi Şərqin, türk və müsəlman dünyasının ilk müstəqil dövləti kimi tanındı. Cümhuriyyətin Gəncədə fəaliyyəti dövründə M.M.Zamanbəyli Nəsib bəy Yusifbəylinin rəhbərlik etdiyi maliyyə və xalq maarifi sahəsində şuranın üzvü kimi fəaliyyətə başladı. O elmi biliyi və pedaqoji təcrübəsini nəzərə alaraq təklif olunan vəzifələrdən imtina etmiş, yalnız təhsildə xidmət göstərmişdir. Xalq Cümhuriyyətinin Gəncə və Bakıda fəaliyyəti zamanı təhsil sistemində, eləcə də ali təhsil sisteminin yaradılmasında Zamanbəylinin pedaqoji təcrübəsindən istifadə edilmişdir. Zamanbəyli həmçinin 1919-cu ildə fəaliyyətə başlayan Bakı Dövlət Universitetinin təsis edilməsinin iştirakçılardan biri olmuşdur. Təsadüfi hal deyil ki Görkəmli maarifçinin övladları onun yolunu davam etmişlər. Onun qızı Xurşid Xanım Zamanova Naxçıvan şəhəri 2 saylı orta məktəbdə müəllimə çalışarkən Ümummilli Lider Heydər Əliyevin ilk Müəllimi olub. Xurşid Xanım Ümummilli Liderin muzeyində saxlanılan ailə şəklində də əks olunub. Xurşid Xanımın qardaşı Qafar Zamanov isə

Ümummilli Liderin Naxçıvan Pedaqoji Müəllimlər İnstitutunda (1938-1939 cu il buraxılışı) Müəllimi olub. Ümummilli Liderin peşə seçimində də Qafar Müəllimin böyük rolu olub. Məhz Qafar Müəllimin təkidi və tərtib etdiyi xasiyyətnamə əsasında Ümummilli Lider təhlükəsizlik orqanlarında fəaliyyətə başlayır.

Mirzə Məhəmməd Zamanbəyli 1923-cü ildə vəfat etmişdir.

Yazının materiallarını bizə təqdim edən Mirzə Məhəmməd Zamanbəylinin nəticəsi, ixtisasça mühəndis, hal-hazırda “Azərsu” ASC-də çalışan Anar Zamanbəyli təqdim etdi.

Paylaş »
››› Kamil Zeynallı Qarabağ qazisini Maştağada dispanserə yerləşdirdi - Video
››› Polis rəisi “haqq” ödəməyən vətəndaşı tutdurdu... – “Əynindəki paltarı cıraraq başından zərbələr endirdilər”
››› Zeynəb Xanlarovanın bacısı oğlu tutulub: Qoca qadınlara qarşı dələduzluq ittihamı - Video
››› Məktəb direktorunun qızı: Anamı xəstəxanada öldürüblər... - Fotolar
››› "Qarabağı ermənilər dağıtdı, Bakıda da bunlar..."
››› "Şəxsiyyət vəsiqəmə öz şəklini vuraraq 2,5 milyon dollarımı mənimsəyib" - Video
››› Ana oğlunu qorumaq üçün Prezidentə müraciət edib: “Deyirlər, generalı təhqir etmisən”
Son xəbərlər
Bütün xəbərlər »