Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qubada toy karvanı qəzaya düşdü: yaralananlar var

Quba rayonunda toy karvanı qəzaya düşüb.

Oxu.Az-ın bölgə müxbirinin xəbərinə görə, hadisə rayonun Qələdüz kəndi ərazisində qeydə alınıb.

Toy karvanında gedən “Niva” markalı avtomobil qarşıdan gələn minik avtomobili ilə toqquşub.

Nəticədə 6 nəfər xəsarət alıb. Onlar dərhal Quba Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar.

Xəsarət alan şəxslər - Qubanın Üçgün kənd sakinləri 1966- cı il təvəllüdlü Qənbər Babayev, 1966-cı il təvəllüdlü Sahibə Babayeva, Küpçal kənd sakinləri Sənubər Səfərova, 1984-cü il təvəllüdlü Alim Qədirov, Qələdüz kənd sakinləri Təranə Əlixanova, 1992-cı il təvəllüdlü Əlimirzəyev Tərlandır.

S.Babayeva ilkin tibbi yardımdan sonra evə buraxılıb. Digər 5 nəfərin müalicəsi Quba Mərkəzi Rayon Xəstəxanasında davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.

Paylaş »
››› “Qarabağın bərpası 600 milyarda başa gələcək”
››› “Madam ki, Minsk Qrupu sirləri açır, mən də bir sirri açım”
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› 120 min azərbaycanlının Rusiyadan deportasiyası hansı çətinliklərə yol açacaq...
››› Türkiyə səfiri Ermənistan prezidentinin Gürcüstandakı təxribatına cavab verdi
››› Azərbaycanda qadın bacısını bıçaqladı
››› Lukaşenkonun Bakı səfəri: Dostluq, yoxsa Rusiyanın “Troya atı”...
Son xəbərlər
Bütün xəbərlər »