Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Tanınmış taksi şirkətindən müştəriyə hörmətsizlik - Şikayət

Tanınmış taksi şirkəti sərnişinə qarşı hörmətsizlik edib.

Bizimyol.info xəbər verir ki, bu barədə jurnalist Rövşən Əsədov məlumat verib. O, bildirib ki, *9933 - "Salam taksi" şirkəti dünən axşam saatlarında ona qarşı hörmətsizlik edib. Belə ki, o, saat 00:15 radələrində taksi sifariş versə də şirkət məsuliyyətsizliyi ucbatından o 1 saata yaxın müddət ərzində sifariş etdiyi taksini gözləməli olub:

"Dünən axşam 00:15 dəqiqəsində məlum taksi şirkətindən sifariş etdim. Xeyli vaxt keçdikdən sonra taksi təyinatı ilə bağlı heç bir bildiriş almadım. Yenidən şirkətə zəng edib narazılığımı bildirdim. Qeyd etdim ki, taksi sifariş etsəm də mənə heç bir bildiriş gəlməyib. İkinci dəfə əlaqə saxladıqdan sonra taksi təyin edildi. yeni təyin edilmişdi deyə zəng etmədim. 10 dəqiqə gözlədikdən sonra taksiyə zəng etdim. Harada olduğunu soruşdum, taksi isə sifarişdən imtina etdiyini bildirdi. Mən sürücüyə etirazımı bildirsəm də o şirkətlə əlaqə saxlamalı olduğumu bildirdi. Şirkətlə əlaqə saxlayıb niyə taksi imtinası ilə bağlı bildiriş almadığımı, yeni taksi təyin olunub-olunmaması ilə bağlı bildiriş almadığımı soruşduqda isə operator taksinin sifarişi imtina etdiyini təsdiqlədi və bildirdi ki, sizə bildiriş göndərilib. Lakin Mənə heç bir bildiriş gəlmədiyini bildirdim. Danışığımız bitdikdən bir neçə dəqiqə sonra bildiriş gəldi. Bir neçə dəqiqə də onu gözlədikdən sonra sürücü ilə əlaqə saxlamalı oldum. Sürücü isə 10 dəqiqəyə gəldi. Nəticədə mən şirkətin səhlənkarlığı ucbatından 45-50 dəqiqə gözləməli oldum. Hörmətsizlik olmasın deyə xidmətdən imtina edib başqa şirkətə müraciət etmədim. Lakin onların etdiyi bu hörmətsizlik azmış kimi məsələnin araşdırılması ilə bağlı şirkət rəhbərinin şəxsən özünə müraciət etsəm də şirkət rəhbəri müraciətimə cavab vermədi".

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Bizimyol.info

Paylaş »
››› Xəstəxanaların can bazarı – Çalış ölmə!
››› “Ermənistanın Zəngəzur dəhlizini açmaması Rusiyaya qarşı demarş olar”
››› Rusiya və Çexiya arasında diplomatik qalmaqal böyüyür
››› “Zəngəzur namus məsələsidir, güzəşt etmək olmaz”
››› Ölkə ərazisindən keçən yük maşınlarına qoyulan 700 dollar tələbi…
››› Zirəddin Rzayev: “Pandemiyanın bitməsi üçün insanlara bir şərt qoyulacaq: çipləşdirmə" - Video
››› Koronavirus xəstələrindən rüşvət alanların saxlanma görüntüləri - Video
Son xəbərlər
Bütün xəbərlər »