Şənbə , 17 Avqust, 2019
Baş səhifə / Bizim seçim / İntihar edən 17 yaşlı qızın atası danışdı: “Qızımızı kiməsə verməyimizin başqalarına dəxli yoxdur”

İntihar edən 17 yaşlı qızın atası danışdı: “Qızımızı kiməsə verməyimizin başqalarına dəxli yoxdur”

4,844 Views

Intihar eden qiz

Zaqatala rayon Əliabad qəsəbəsində 17 yaşlı qızın ailəsi tərəfindən zorla nişanlandığı üçün intihar etməsi ilə bağlı yayılan xəbər sosial şəbəkələrdə müzakirələrə səbəb olub. İddiaya görə, qəsəbə sakini Gülər İsmayılova təhsil almaq istəsə də, ailəsi onu sevmədiyi şəxsə ərə vermək istəyib.

“Qafqazinfo”nun bölgə müxbiri bu gün yas yerinə baş çəkib. Bildirilib ki, Gülər bazar günü evin həyətində özünü asıb, bu gün isə 3 mərasimi keçirilir.

Mərhumun atası Vüqar İsmayılov Rusiyada yaşadığını və hadisədən dərhal sonra Azərbaycana gəldiyini deyib:

“Nişan üçün gəlməmişəm, elə bir plan olmayıb. Qızımın intihar səbəbini bilmirəm. Hər kəs ağlına gələni yazır. Qızımızı kiməsə verməyimizin başqalarına dəxli yoxdur”.

Ailə tanışlarının sözlərinə görə, nişan olmasa da, ailələr arasında elçilik olub. Qıza elçi düşən şəxs isə ondan 13-14 yaş böyük Renad İsayevdir.

Bildirilib ki, Gülərgil ailədə iki uşaq olub və ondan bir yaş böyük bacısı da var.

Gülərin təhsil aldığı Əliabad qəsəbə 1 №-li tam orta məktəbin direktoru İradə İbrahimxəlilova bildirib ki, mərhum əlaçı olmasa da, məktəbdə yaxşı oxuyub:

“Məktəb tədbirlərində aktivliyi, tərbiyəsi ilə seçilən şagirdlərdən olub. Ancaq məktəbi bu il bitirsə də, təhsilini davam etdirmək üçün hər hansı bir məktəbə sənədlərini təqdim etməyib”.

Hadisə ilə bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb, istintaq davam etdirilir.