Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İntihar edən 17 yaşlı Gülərlə bağlı eskpertdən açıqlama: “Valideynləri cəzalandırılmalıdır”
“Zaqatalada nişanından bir gün əvvəl 17 yaşlı Gülər İsmayılovanın intihar etməsinə səbəb olan şəxslər onun valideynləridir. Ona görə də biz onları övlad itirmiş valideyn kimi yox, cinayət törətmiş valideyn kimi onları tanımalı və cəzalandırmalıyıq”.

Bu barədə bizimyol.info-ya açıqlamasında “Təmiz Dünya” ictimai birliyinin rəhbəri Mehriban Zeynalova bildirib.

O, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Gülər İsmayılovanın intiharı ilə bağlı prinspial mövqeyini dəstəklədiyini bildirib: “Bu və bu kimi cinayətlərdə Cinayət Məcəlləsinin 176-1-ci maddəsinin (Qadını nikaha daxil olmağa məcbur etmə) tətbiqinin tərəfdarıyam. Nə qədər ki biz “mərhəmət” göstərib valideyinin “dərdinə” şərik olacağıq, qanunlar yox streotipləri bu ölkəni idarə edəcək, o zaman streotiplər şah olacaq. Biz streotipləri dəyişməliyik, uşaqların seçim hüququnun valideynlər tərəfindən edilməməsinə nail olmaq üçün qanunların icrasına nail olmalıyıq.”

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »