Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiyadakı meşə yanğınlarının sahəsi üç milyon hektara çatıb

“Uzun müddətdir davam edən quru hava şəraiti Sibirdə meşə yanğınlarının sahəsinin artmasına səbəb olub”.

“Lenta.ru”nun verdiyi xəbərə görə, bunu Rusiya Fövqəladə Hallar Nazirliyinin rəsmisi Sergey Abanin deyib.

O bildirib ki, bundan əlavə, yanğınların söndürülməsi üçün aktiv tədbirlərin görülməməsi də meşə yanğınlarının sahəsinin artmasına gətirib çıxarıb.

Rusiyanın Baş Naziri Dmitri Medvedev Baş Prokurorluğa və İstintaq Komitəsinə Sibirdəki meşələrin qəsdən yandırılması ilə bağlı ehtimalların müəyyənləşdirilməsi üçün istintaq tədbirlərinin başladılması, habelə yanğın baş verən ərazilərə yaxın yerləşən yaşayış məntəqələrində havadakı zərərli maddələrin tərkibinin və yerli sakinlərin sağlamlıq vəziyyətinin nəzarətdə saxlanılması barədə göstəriş verib.

Prezident Vladimir Putin isə Sibir və Uzaq Şərqdə baş verən yanğınların söndürülməsinə ordu qüvvələrinin cəlb olunması ilə bağlı qərar qəbul edib.

31 iyul tarixinədək Rusiyada meşə yanğınlarının ümumi sahəsi üç milyon hektara çatıb. Beş bölgədə fövqəladə vəziyyət elan olunub. İrkutsk və Krasnoyarsk bölgəsində vəziyyətin daha ağır olduğu bildirilir. (apa)

Paylaş »
››› Arutyunyan Şuşaya gəldiyi iddia edilir: Terroçuların müəyyən hissəsi qaytarılacaq
››› Generaldan generala şikayət: “Deyir naxçıvanlıyam, mənə heç nə etməzlər”
››› “İsgəndər” raketlərini Azərbaycana Ermənistan atıb, yoxsa Rusiyanın özü...
››› Zeynəb Xanlarovanın bacısı oğlu tutulub: Qoca qadınlara qarşı dələduzluq ittihamı - Video
››› Boş qalmış dəbilqələrə bir də dolu tərəfdən baxın
››› Kamil Zeynallı Qarabağ qazisini Maştağada dispanserə yerləşdirdi - Video
››› Navalnı “Qurani-Kərim”ə görə həbsxananı məhkəməyə verdi
Son xəbərlər
Bütün xəbərlər »