Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Dövlət Komitəsindən intihar edən 17 yaşlı qızla bağlı hüquq mühafizə orqanlarına tövsiyyə

Zaqatalada nişanından bir gün əvvəl özünü asan 17 yaşlı Gülər İsmayılova ilə bağlı aparılan araşdırma nəzarətdədir.

Bu barədə bizimyol.info-ya Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Elgün Səfərov bildirib.

Elgün Səfərov

O, deyib ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, hüquq mühafizə orqanları, Təhsil Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və yerli icra hakimiyyətinin daxil olduğu Monitorinq qrupu məsələni araşdırır: “Faktla bağlı özünü öldürmə həddinə çatdırma maddəsi ilə cinayət işi açılıb. Bizim də tövsiyyəmiz var ki Cinayət Məcəlləsinin 176-1-ci maddəsi ilə (Qadını nikaha daxil olmağa məcbur etmə) araşdırılma aprılsın. Yetkinlik yaşına çatmayan şəxsin nikaha daxil olamağa məcbur edilməsi təsdiqini tapsa, həmin şəxslər məsuliyyətə cəlb edilməlidir”.

E.Səfərov deyib ki, Azərbaycanda yetkinlik yaşına çatmayan şəxsin nikaha daxil olamağa məcbur edilməsi problemi aktualdır: “2012-ci ildə Cinayət Məcəlləsinin 176-1-ci maddəsi qəbul edilib. Çox təssüf olsun ki, Qadını nikaha daxil olmağa məcbur etmə faktı ilə bağlı məsuliyyətə cəlb edilən şəxslərin sayı azdır. Eləcə də, bu faktların qarşısının alınması üçün maarifləndirmə işi davam etdirilməlidir”.

Bizimyol.info

Paylaş »
››› Polis rəisi “haqq” ödəməyən vətəndaşı tutdurdu... – “Əynindəki paltarı cıraraq başından zərbələr endirdilər”
››› Kamil Zeynallı Qarabağ qazisini Maştağada dispanserə yerləşdirdi - Video
››› Məktəb direktorunun qızı: Anamı xəstəxanada öldürüblər... - Fotolar
››› "Qarabağı ermənilər dağıtdı, Bakıda da bunlar..."
››› "Şəxsiyyət vəsiqəmə öz şəklini vuraraq 2,5 milyon dollarımı mənimsəyib" - Video
››› Rusiya Zəngəzurda hərbi baza yaradır
››› Ana oğlunu qorumaq üçün Prezidentə müraciət edib: “Deyirlər, generalı təhqir etmisən”
Son xəbərlər
Bütün xəbərlər »