Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Həsən Ruhani ABŞ-ın Cavad Zərifə sanksiya tətbiqinə münasibət bildirib

İran Prezidenti Həsən Ruhani ABŞ-ın Xarici İşlər naziri Məhəmməd Cavad Zərifə qarşı sanksiya tətbiq etməsinə münasibət bildirib.

Təbrizdə səfərdə olan H. Ruhani bildirib ki, hər gün İranla qeyd-şərtsiz müzakirəyə hazır olduqlarını bəyan edənlər Cavad Zərifə sanksiya tətbiq edir.

İran Prezidentinin sözlərinə görə, məlum qərar düşmənlərin nə qədər aciz duruma düşdüyünü göstərir.

H. Ruhani qeyd edib ki, Məhəmməd Cavad Zərifin verdiyi müsahibələr Ağ Evin sütunlarını silkələyir: “İranın Ali Lideri, Prezidenti və Xarici İşlər naziri öz gücünü xalqdan alır”.

Qeyd edək ki, ABŞ İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərifə qarşı sanksiya tətbiq edib. Ağ Ev rəsmisinin dediyinə görə, Cavad Zərif İran rejiminin beynəlxalq ictimaiyyət qarşısındakı simasıdır və o, Tehranın nüvə proqramına dəstək, ballistik raket yaradılması və terror şəbəkələri üçün təbliğat və dezinformasiya aparılmasında öndə durur. Ağ Ev rəsmisi onu da əlavə edib ki, ABŞ İranın XİN rəhbərini fəal dialoq aparılmasında tərəfdaş hesab etmir və danışıqların daha yüksək vəzifəli şəxslə aparılmasını istəyir. (Apa.az)

Son xəbərlər
Bütün xəbərlər »