UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyununda “Qarabağ” Mərdəkandakı “Dalğa Arena” stadionunda İrlandiyanın “Dandolk” komandasını qəbul edib.
Xəbər verdiyimiz kimi, oyun Azərbaycan futbolçularının 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Virtualaz.org xəbər verir ki, oyunun ikinci hissəsində “Qarabağ”ın qapısı arxasında polislə “İmarət” fan-klubu arasında qarşıdurma baş verib.
Münaqişə davaya çevrilib. Bir neçə azarkeş saxlanılıb.