Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Senator Cavad Zərifə qarşı sanksiyanı səhv addım adlandırıb

ABŞ administrasiyasının İranın XİN rəhbəri Cavad Zərifə qarşı sanksiya tətbiq etməsi yanlış qərardır.

“TASS” xəbər verir ki, bu barədə Konqres Senatının hüquq komitəsinin baş demokratı Dayenn Faynstaynın yazılı şəkildə yayılmış açıqlamasında deyilir.

“Administrasiyanın bu gün İranın xarici işlər naziri Cavad Zərifə qarşı sanksiya tətbiq etməsi səhv qərardır. Mən Zəriflə 15 ildən çoxdur tanışam. Doğrudur, onunla fikirlərimiz üst-üstə düşməyib, ancaq o həmişə ixtisaslı diplomat olub”, - senator belə deyib.

Onun sözlərinə görə, Trampın addımı rəsmi Tehranın masa arxasına qayıtması imkanlarını məhdudlaşdırır: “Qərar bizi sülhə yaxınlaşdırmır, onsuz da gərgin olan vəziyyəti daha da sərtləşdirir”.

“İranla uzunmüddətli diplomatik nizamlanma əldə etməyin yeganə yolu danışıqlar aparmaqdır, onun yüksək vəzifəli şəxslərinə qarşı sanksiya tətbiq etmək çıxış yolu deyil”, - deyə senator əlavə edib. (apa)

Paylaş »
››› Sirli xalq - qaraçılar: Azərbaycanda harada və nə qədərdir...
››› Türkiyə serialında yanlışlıq: Azərbaycan ərazisi Ermənistan kimi göstərildi - Video
››› Çinlə İran arasında 450 milyardlıq müqavilə region üçün hansı təhdidi yaradır...
››› Məşhur romanda yazılanlar dünyada necə reallığa çevrilib...
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Gəncədə məktəb direktoru COVID-19-dan dünyasını dəyişib
››› Ukrayna Rusiyanın Kiyevdəki səfirliyinin baş diplomatına üç gün vaxt verdi
Son xəbərlər
Bütün xəbərlər »