Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İran Çin vətəndaşları üçün viza rejimini ləğv etdi

İran birtərəfli qaydada Çin vətəndaşları üçün viza rejimini ləğv edib.

İran KİV-lərinin məlumatına görə, bu barədə Çinin Tehrandakı səfirliyindən bildirilib.

Məlumata görə, Çin vətəndaşları, o cümlədən bu ölkənin xüsusi statuslu Honkonq və Makao inzibati rayonlarının adi pasportlarının sahibləri İran ərazisinə vizasız səfər edə və ölkə ərazisində 21 gün qala bilərlər. Bu qayda iyulun 16-da qüvvəyə minib.

Səfirlik öz vətəndaşlarına xəbərdarlıq edərək bildirib ki, İranda “UnionPay”, “Visa” və “Mastercard” kimi kredit kartları istifadə olunmur, eləcə də ölkəyə spirtli içki, donuz əti və məmulatı, oyun zərləri və kartlar, silah, sursat, pornoqrafik məzmunda kitab və jurnallar, İslamı və İranı tənqid edən kitabların gətirilməsi qadağandır.

Çinə səfər etmək istəyən İran vətəndaşları üçün viza vacibdir.

Son xəbərlər
Bütün xəbərlər »