Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Müsəlmanların təqvimi niyə hicrətdən hesablanır?
İslamdan əvvəl ərəblər ən əlamətdar hadisələri tarixin başlanğıcı sayır, sonrakı illəri ona nisbətən hesablayırdılar.

Məsələn, "fil ilindən bir il sonra", "fil ilindən iki il sonra" və s. İkinci xəlifə Ömər ibn Xəttabın hakimiyyəti dövründə (təqr. 637-638-ci illərdə) əyalətlərdən Mədinəyə ili göstərilməmiş, yalnız ayın adı ilə tarixlənmiş bir neçə məktub gəldi. Müsəlmanlar belə qərara gəldilər ki, təqvimin başlanğıcı üçün konkret bir hadisə seçsinlər. Hərə bir təklif irəli sürdü. Bəziləri Peyğəmbərin doğuluş ilini, bəziləri peyğəmbərliyə təyin edildiyi ili, bəziləri isə vəfatını başlanğıc seçməyi təklif etdilər. Amma bu təkliflərin hamısı müəyyən səbəblər üzündən rədd olundu.

islam.az bildirir ki, bu zaman Həzrət Əli (ə) təklif etdi ki, başlanğıc hicrətdən hesablansın. Çünki hicrət İslam tarixinin ən əlamətdar və həlledici nöqtəsidir. Əgər müsəlmanlar Peyğəmbərlə birgə Mədinəyə köçməyib Məkkədə qalsaydılar, yəqin ki, məhv olardılar, İslam dini də indiyədək yaşamazdı. Hicrət hadisəsi İslama həyat bəxş etdi. Hamı bu təkliflə razılaşdı. O gündən etibarən müsəlman təqvimi hicrətdən hesablanmağa başladı.

Son xəbərlər
Bütün xəbərlər »