Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Yağ bahalaşdı: Qiymət artımı 1-4 manat arasında dəyişir - VİDEO
Yağın qiyməti bahalaşıb. Qiymət artımı 1 manatla 4 manat arasındadır. Satıcılar deyir ki, qiymət artandan sonra əksər insanlar ucuz yağ almağa çalışır. Nehrə yağının qiymətində isə dəyişiklik yoxdu.xezerxeber.az bildirir ki, 1 həftə əvvəl 10 manata satılan yağ, indi 14 manatadır. Bazar və marketlərdə yağların qiyməti bahalaşıb.

Alıcıların sözlərinə görə, son günlər bahalaşma ciddi şəkildə hiss olunur. İstənilən yağ çeşidində 1-4 manat bahalaşma var.

Satıcılar da qiymət artımını təsdiqləyir. Deyirlər ki, qiymət artandan sonra əksər insanlar ucuz yaz almağa çalışır. Ucuz yağlar isə tərkibinə görə bahalı olanlardan zəifdir.

Amma nehrə yağının qiymətində dəyişiklik müşahidə olunmur. Bu yağların kilosu 8-10 manat arasında dəyişir.

Son xəbərlər
Bütün xəbərlər »