Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Memarlardan Notr-Damla bağlı maraqlı təklif

Parisdə yerləşən “Gensler” bürosundan olan memarlar qrupu Notr-Damı ziyarət edə bilməyən möminlər və turistlər üçün müvəqqəti kilsə tikməyi təklif edib.

Bizimyol.info Azərtac-a istinadən xəbər verir ki, daha əvvəl Paris Notr-Dam kilsəsinin baş keşişi Patrik Şove Notr-Dam “sakinləri üçün müvəqqəti ev” tikməyə səsləyib.

Memarların planına görə obyekt kilsənin qarşısındakı meydanda quraşdırılacaq. Pavilyon möhkəm materiallardan, ehtimal ki, yandırılmış ağacdan, polikarbonat və politetraftoretilendən inşa ediləcək. Ziyarətə gələnlərin Notr-Damı görmələri üçün səcdəgahın arxasında iki mütəhərrik şəffaf panel quraşdırılacaq.

Mütəxəssislər ehtimal edirlər ki, sonradan bu pavilyondan digər məqsədlər üçün başqa şəhərlərdə də istifadə ediləcək. Bu təşəbbüsün həyata keçirilməsinə təxminən yarım il sərf ediləcəyi gözlənilir.

Xatırladaq ki, Paris Notr-Dam kilsəsində yanğın cari il aprelin 15-də axşamüstü baş verib. Yanğının mənbəyi kilsənin mərkəzi hissəsi, onun şpilinin bünövrəsinin yanı hesab edilib. Ekspertlər Notr-Dam kilsəsinin yenidən qurulmasına azı 10 il və bir neçə milyon avro tələb olunduğunu deyirlər. Lakin ölkə Prezidenti Emmanuel Makron kilsəni beş il ərzində bərpa etmək barədə niyyətini bildirib.

Paylaş »
››› Bakıda 46 ilin müəlliminə səbəb göstərmədən “sabahdan işə gəlmə” deyiblər
››› Xalq artistindən Maqsud Mahmudova sərt sözlər
››› Tibb işçisi qadınlara təcavüz etdi və sosial şəbəkədə canlı yayımladı
››› Bu, bahalaşmada son hədd deyil
››› Rusiyada yoxsulluğun artmasını necə gizlətməyə çalışırlar
››› Şəhid anasını “oğlun sağdır” deyib soyanlara nə ad verək?..
››› Zəfər zirvəsinə qalxan gənc xanım: “4 dərəcə şaxta və güclü külək şəraitində qalxmışıq” - Foto
Son xəbərlər
Bütün xəbərlər »