Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Lukaşenko prezident sekçisi keçirməyə tələsmir

Belarus prezidenti Aleksandr Lukaşenko 1994-cü ildən ölkəyə başçılıq edir.

Onun bu vəzifədə nə qədər qalacağı Belarusda az müzakirə olunmur. Şayiə gəzirdi ki, “Batka” bu il tez-tələsik, səs-küy salmadan seçki keçirərək, beşinci prezidentliyini rəsmiləşdirəcək. Bizimyol.info xəbər verir ki, Lukaşenko deyilənləri təkzib edib.

Belarus dövlət başçısı bu il yalnız parlament seçkilərinin baş tutacağını bildirib. Prezident seçkiləri gələn il olacaq.

Lukaşenko siyasi oyunlardan uzaq durulacağını söyləyib. Onun dediyinə görə, seçkilər qanun və konstitusiyaya hörmət çərçivəsində baş tutacaq.

Lukaşenko iyunda seçkilər haqqında danışmışdı. “Batka” seçkiöncəsi kampaniyaların ləyaqətlə keçirilməsinin vacibliyini vurğulamışdı.

Belarusda axırıncı dəfə prezident seçkiləri 2017-ci ildə olmuşdu. Onda Lukaşenkonun seçkidə iştirak edənlərin 83,49 faizinin səsini qazandığı bildirilmişdi.

Son xəbərlər
Bütün xəbərlər »