Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Baş redaktor sərhəddən qaytarıldı - Foto

Prokurorluğun vədinə baxmayaraq Pərviz Həşimlinin ölkədən çıxışına məhdudiyyət götürülməyib

Gununsesi.org xəbər saytının baş redaktoru Pərviz Həşimli ölkədən xaricə buraxılmayıb. Bu barədə baş redaktorun özü sosial şəbəkədəki hesabında yazıb:

Bir il əvvəl “Gəncə İşi” ilə bağlı Bakı Şəhər Prokurorluğu tərəfindən ölkədən çıxışıma qoyulan məhdudiyyət hələ də qüvvədə qalır. Bu məsələ ilə bağlı 2 ay əvvəl Baş Prokuror Zakir Qaralova etdiyim müraciət KİV də işıqlandırılandan sonra məni Baş Prokurorluğa dəvət etdilər.

Rəhbərliyin adından bildirdilər ki, sizə qoyulan məhdudiyyət götürüləcək, hər hansı mənfi münasibətdən söhbət gedə bilməz. Nəhayət, bu gün Azərbaycan Rusiya sərhəddində məhdudiyyətin götürülməsinə əmin olmaq istədim. Məlum oldu ki, məhdudiyyət hələ də qüvvədədir. Xaçmazdakı Xanoba sərhəd buraxılış məntəqəsindən məni geri qaytardılar. Məsələ ilə bağlı Baş prokurorun müavinİ Cənab Rüstəm Usubobun mobil telefonuna zəng etdim.

Fikirlərim sonadək dinlənilmədən telefonun dəstəyi asıldı.

P.S. Bu məhdudiyyət məhkəmə qərarı olmadan tətbiq edilib.

Pərviz Həşhimli

Paylaş »
››› Azərbaycanda növbəti uğursuz milli çaxnaşma cəhdi: "Bizim başqa Vətənimiz yoxdur!"
››› “Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəhbərliyi ağzına su almasın” - İlahiyyatçı
››› Artıq mini sualtı gəmilərimiz də var
››› Sovet dövründən qalma baha sata biləcəyiniz 12 əşya
››› İstanbul səmasında qəribə görüntü: Tesla, yoxsa Voldemort - Video
››› “Azərbaycan öz müdafiəsini Ermənistandan daha güclü rəqiblərə qarşı qurur”
››› Rusiyada universitetdə silahlı basqın olub, ölən və yaralılar var - Video
Son xəbərlər
Bütün xəbərlər »