Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İnsanlar 2019-cu ilin havasını, suyunu işlədib qurtarıblar

Bəşəriyyət iyulun 29-da planetin il ərzində hasil edə biləcəyi bərpa olunan resursların “limitini” keçib.

“Rosbalt” xəbər verir ki, bu barədə “Global Footprint Network” analitik mərkəzinin məruzəsində deyilir.

Tədqiqatçıların hesablamalarına görə, hazırda Yer əhalisi su, torpaq və təmiz havanı onların bərpa oluna biləcəyindən 1,75 dəfə tez istifadə edir.

Mütəxəssislər qeyd edirlər ki, 2019-cu ildə resursların “illik həcmi”nin tam istifadəsi 20 il əvvəllə müqayisədə təqribən iki ay tez başlayıb.

Analitiklər onu da bildiriblər ki, hamı Rusiyada yaşasaydı, əhalinin tələbatını qarşılamaq üçün ildə 3,2 planet lazım idi. Avstrliyada bu göstərici 4,1, ABŞ-da 5, Hindistanda isə 0,7 planetə bərabərdir.

Son xəbərlər
Bütün xəbərlər »