Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Xarici Dillər”lə bağlı qalmaqallı məhkəmə iddiası: Rektor müəllimlərdən 3-5 min pul tələb edir

Dövlət Dillər Universitetinin rektoru Kamal Abdulla bu universitetin keçmiş və indiki müəllimlərindən bir neçəsini məhkəməyə verib. Rektor onlardan pul, üzr və təkzib tələb edir.

Bu barədə Bizimyol.info-ya məhkəmədən bildirilib. Məlumata görə, K.Abdulla müəllimlərlə yanaşı, “Xural” qəzetinin rəhbəri Əvəz Zeynallıdan da şikayətçidir, ondan da təkzib, üzr və pul tələb edir. Rektor iddia edir ki, ondan narazı olan, müxtəlif əməllərdə ittiham edən keçmiş və indiki işçilərinin Təhsil Nazirliyinə məktublarını, müsahibələrini və s. məqalələri rəhbərlik etdiyi saytda yerləşdirməklə, Ə.Zeynallı da onun ləyaqətini ləkələyib, işgüzar nüfuzuna zərbə vurub.

K.Abdulla Binəqədi Rayon Məhkəməsinə təqdim etdiyi iddia ərizəsində şikayətçi olduğu yazıların böhtan hesab edilməsini və “xural.com” saytından çıxarılmasını, ondan üzr istənilməsini, Ə.Zeynallıdan 10 min manat, Vüsalə Ağabəylidən 5 min manat, Pərvin Mürsəlova və Elmira Baxşəliyevanın hər birindən isə 3 min manat təzminat tələb edir.

Bu iş üzrə məhkəmə iclası avqustin 1-nə təyin edilib.

Bu, “Xarici Dillər”də rektorla əməkdaşlar arasında ilk qalmaqal deyil. Ə.Zeynallı istisna olmaqla, adları çəkilən üç nəfərin hamısı hələ aylar öncə məhkəmədə K.Abdullaya qarşı iddia qaldırıb. V.Ağabəyli universitetdə dekan vəzifəsindən azad edilib, yarımştat müəllim kimi saxlanılıb. E.Baxşəliyeva və P.Mürsəlova isə işdən çıxarılıb. Onlar iddia edir ki, K.Abdulla universitetdə azad fikrə imkan vermir, onun qanunsuz göstərişlərini yerinə yetirməkdən imtina edənlərə təzyiq göstərir, işdən çıxarır.

K.Abdulla isə bu barədə deyilənləri təkzib edir.

Məhkəmələr universitetin əməkdaşlarının rektora qarşı şikayətlərini təmin etməyiblər.

Paylaş »
››› Azərbaycanda növbəti uğursuz milli çaxnaşma cəhdi: "Bizim başqa Vətənimiz yoxdur!"
››› Artıq mini sualtı gəmilərimiz də var
››› “Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəhbərliyi ağzına su almasın” - İlahiyyatçı
››› Türkiyə yığmasının yeni baş məşqçisi müəyyənləşib
››› Rusiyanın hakim Vahid Rusiya Partiyası seçkilərdə qələbəsini elan edib
››› Sovet dövründən qalma baha sata biləcəyiniz 12 əşya
››› Rusiyada universitetdə silahlı basqın olub, ölən və yaralılar var - Video
Son xəbərlər
Bütün xəbərlər »