Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Millimiz üçüncülük arzusunda
Sabah DÇ-2018-in seçmə mərhələsinin Avropa zonasında C qrupunda növbəti oyunlar keçiriləcək. Apasport.az saytının məlumatına görə, VIII tur çərçivəsində 3 qarşılaşma baş tutacaq.

Azərbaycan millisi San Marino yığması ilə qarşılaşacaq. Görüş dogma meydanda baş tutacaq.

Ardıcıl dörd məğlubiyyət alan Robert Prosineçkinin yetirmələri uğursuzluq zolağından çıxmaq üçün mübarizə aparacaq. Millimiz səfərdə minimalhesabla məğlub etdiyi rəqibi Bakıda da xalsız qoymaq niyyətindədi.

Komandamız cırtdan ölkə təmsilçisi üzərində qələbə qazanacağı halda tarixinin rekorduna imza atacaq. Belə ki, millimiz indiyədək heç vaxt bir seçmə mərhələdə 10 xal toplamayıb. Bununla, keçirdiyi ilk üç oyunda 7 xal qazanan, ardınca dörd dəfə məğlubiyyətə üzülən yığmamız 4 il əvvəl imza atdığı rekordu kölgədə qoyacaq. DÇ-2014-ün seçmə mərhələsində 9 xal əldə olunmuşdu.

Qazanılacaq 3 xalla həm də qələbə rekordu müəyyənləşəcək. İndiyədək yığmamız heç vaxt tsikldə 3 dəfə qalib gəlməyib. Hesabında artıq 2 qələbə olan yığmamız evdəki mümkün uğur sayəsində birdən birə 3-cü sıraya yüksəlmək şansı qazanacaq. Belə ki, bizimlə eyni xala malik olan Norveç yığması qrup lideri Almaniya ilə, üçüncü pillənin hazırkı sahibi Çexiya isə ikincilik üçün savaşan Şimali İrlandiya ilə qarşılaşdığından bu irəliləyişin reallaşması ehtimalı mümkündür.

Qələbədən başqa istənilən nəticə isə zəif rəqibinə ilk xal və ya xalların qazanmaq şansı verəcək. Robert Prosineçkinin komandası bu oyuna əskiklərlə çıxacaq. Belə ki, Norveçlə matçda sarı vərəqə görən Dmitri Nazarov və Maksim Medvedev, eyni zamanda qırmızı vərəqə ilə meydan kənarlaşdırılan Bədavi Hüseynov ev oyununda meydana çıxa bilməyəcək.

Qeyd edək ki, Azərbayan – San Marino matçı sentyabrın 4-də saat 20:00-da start götürəcək.

DÇ-2018 seçmə mərhələsi

C qrupu

VIII tur

4 sentyabr

20:00. Azərbaycan – San Marino

Baş hakim: Nikola Dabanoviç

Baş hakimin köməkçiləri: Milutin Djukiç, Yovitsa Tatar

Dördüncü hakim: Pavle Radovanoviç (hamısı Monteneqro)

Hakim-inspektor: Kay Osterqard (Danimarka)

Komissar: Oljas Abrayev (Qazaxıstan)

Bakı. 8-ci km stadionu

Son xəbərlər
Bütün xəbərlər »