Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Təqaüdçü mənzilini məşhur müğənniyə bağışladı

Rusiyanın məşhur müğənnisi, “Jara” festivalının qonaqlarından olan Filipp Kirkorova yeni mənzil bağışlayıblar. Amma bu addımı hansısa oliqarx yox, təqaüdçü atıb.

Bizimyol.info xəbər verir ki, Ulyanovsk şəhərinin adı çəkilməyən sakini mənzilini Kirkorova bağışlayıb.  Müğənni hədiyyədən imtina etsə də, qadın israrlı olduğunu göstərib. Təqaüdçü mənzili Filippin adına keçirib.

Filipp Kirkorov Filipp Kirkorov

Qadının dediyinə görə, mərhum anası da Kirkorovun sənətinin vurğunu olub. Buna görə də Filipp hədiyyəyə layiqdir. Təqaüdçü mənzili boşaldıb və bir daha ora qayıtmayıb. Kirkorov isə mülkiyyət sənədi almağı düşünmədiyini bildirib. Əslində, məşhur müğənninin belə mənzilə ehtiyacı yoxdur. İyulun ortalarında bir sahibkarın Kirkorovdan yeni evinin təmiri üçün daha 120 min dollar tələb etdiyi xəbəri ortaya çıxmışdı. Filippin həmin evə milyonlar xərclədiyi bildirilir.

Son xəbərlər
Bütün xəbərlər »