Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Dünyanın ən ağıllı iti öldü: 1000-dən çox söz bilirdi…

Dünyanın ən ağıllı itinin həyatı sona çatıb. ABŞ-ın Cənubi Karolina ştatında psixiatrın evində yaşayan Çeyzer 15 yaşında ölüb.

Bizimyol.info xəbər verir ki, it 1022 sözün mənasını bilirmiş. Ev heyvanının sahibi Con Pilli ona xüsusi metodla təlim vermişdi. Psixiatr təqaüdə çıxandan sonra itlə üç il ardıcıl məşğul olmuşdu. Con bir əşyanın adını 40 dəfə səlis tələffüz edir, sonra bunu gizlədib Çeyzerin tapmasını istəyirmiş. Beləcə, it sözün mənasını anlayırmış.

Pilli hər gün itə 4-5 saat sərf edirmiş. Bunun üçün 800 yumşaq oyuncaq, 116 kürə, çoxlu plastik əşyalar alıbmış.

Con keçən il 89 yaşında vəfat edib. Onun ölümüdən sonra Çeyzerin qayğısına psixiatrın qızı Byanka qalırmış.

Ailənin əvvəllər başqa ev heyvanları da olub. Çeyzeri də arxa bağçada onların yanında basdırıblar.

Son xəbərlər
Bütün xəbərlər »