Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Fərsiz oğullar Aya ilk ayaq basan astronavtın sərvəti ilə necə davrandı: Armstronqun arvadına 1 dollar da çatmadı

Nil Armstronq tarixdə Aya ilk ayaq basan insan kimi qalıb.

Amma onun oğulları atanın ölümünü gözləyirmiş kimi davranır. Armstronqun vəfat etməsindən bir neçə gün sonra Mark və Rik məşhur astronavtın əşyalarını hərraclara daşımağa başlayıb.

Bizimyol.info xəbər verir ki, Armstronq 2012-ci ilin avqustunda həyatdan köçüb. O vaxtdan astronavtın əşyaları hərraclarda satılır. “Business Insider”in məlumatına görə, Nilin birinci nikahdan olan oğulları üç hərracdakı satışlardan 12,1 milyon dollar qazanc götürüb. Üstəlik, elə 2012-ci ildə atalarının öldüyü xəstəxananın həkim heyətini səhv müalicədə ittiham edərək 6 milyon dollar qazanıblar.

Mark və Rik Nilin hətta “Apollon-11” gəmisində Aya apardığı qızıl xatirə medalını da satıblar. Buna görə 2 milyon 550 min dollar ödəyən olub.

Armstronq özü astronavt əşyalarının satılmasının əleyhinə idi. O, hətta 1994-cü ildən avtoqraf verməyi də dayandırmışdı. Çünki onun imzası olan vərəqləri də satırdılar.

Nilin ikinci həyat yoldaşı Kerola heç 1 dollar da çatmayıb. Mark və Rik əldə olunan gəlirin 2 milyon dollarını muzeylərə bağışladığını bildirib. Nilin qardaşı Din Armstronq və bacısı Cun Hoffmanın hərəsinə 250 min dollar verilib. Altı nəvənin hərəsinə isə 24 min dollar düşüb.

Son xəbərlər
Bütün xəbərlər »