Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Yandırır, döyür, qaynar suya atırlar - Ruslar Ermənistanda heyvanlara əyləncə xətrinə işgəncə verilməsindən yazır

Rusiyanın lenta.ru saytı Ermənistanda heyvanlara əyləncə xətrinə əziyyət edilməsi barədə böyük məqalə dərc edib.

Məqalə müəllifinin sözlərinə görə, bu ölkədə heyvanlara qarşı xüsusi amansızlıq artıq çoxdan həyat norması şəklini alıb. “Ermənilərin heyvanlara zülm etməsi artıq milli xarakter şəklini alıb”- deyə məqalədə bildirilir.

“Ermənistan paytaxtı yaxınlığındakı Eçmiadzin şəhəri. Gündüz vaxtı yol kəarında bir köpək yatıb. Yolla gedən avtomobilin biri qəsdən sərt dönüş edərək onu əzməyə çalışır.Heyvan yaralansa da ölmür. Ətrafda yardımsevər biri yaralı iti baytara aparır. Burda küçədə gəzən itlərə və pişiklərə qarşı belə heyvani münasibət adi haldır. Heyvana əziyyət edənlər cəzalandırılmır.Bu ölkədə heyvanlara əziyyət edilməsi ilə bağlı sərt qanunlar yoxdur. Polis isə belə şeylərə adətən göz yumur”,- deyə məqalədə bildirilir.

Məqalə müəllifinin deidyinə görə, cəza olaraq əslində 100 dollar cərimə nəzərdə tutulsa da demək olar ki, heç kim nə cəza verməklə, nə də cərimə ödəməklə mükəlləf deyil. “Ermənistanda heyvanlara igəncə verilməsinin əsas səbəbi heyvanlara qaşı erməni xalqının qanında olan amansızlıqdır. Həyətdə pişik görən uşaqlar onu daşlayır, böyüklər isə təpikləyir. Əvvəllər küçə itlərinin problemi ilə kimsə məşğul olmurdu. 1990-2000-ci illərdə küçə itlərinin sayının azaldılması üçün onları zəhərləyir, güllələyirdilər. Çox vaxt onların leşini küçədən yığan olmurdu. Daha sonra rəsmi Yerevan bu işi qaydasına qoymaq istədi. Şəhər meriyası beynəlxalq təcrübədən yararlanaraq küçə itlərinin sterilizasiya üçün tender keçirdi. Lakin tenderdə qalib gələn yuxarı çinli məmurlara məxsus şirkət pulu yesə də öz işi ilə məğul olmadı, itlərin sayı durmadan artdı”,- deyə məqalədə vurğulanır.

Məqalədə erməni psixoloq Maro Alacanyanın fikrinə də yer verilib. Psixploqun fikrincə ermənilərin heyvanlara xüsusi amansızlığının əsasında müxtəlif amillərlə bağlı olan qüsurlu şəxsiyyət, inamsızlıq kompleksi, fiziki çatışmazlıqlar, valideyn diqqətsizliyi və diqqət çatşmazlığı dayanır. “Bu ailələrin insan üzərində kodlaşdırdığı amansızlığın təzahürüdür. Problemə göz yummaq olmaz. Aqressiya qar topası kimi böyüyə bilər. Bu gün insana , sabah insana qarşı yönələcək.

Serbski adına Psixatriya Mərkəzinin araşdırmalarına görə, ağır cinayətlər törətmiş insanların 85 faizi uşaq vaxtı heyvanlara qarşı amansız olmuş insanlardır”,- deyə məqalədə bildirilib.

Məqaləyə son olaraq onu qeyd edək ki, elə uşaq vaxtı kopək, pişik yandıran erməni xaraktersiliyi özünü Xocalı faciəsində minlərlə azərbaycanlıya edilən amansız cinayətlərlə özünü göstərdi.

İlhamə Rəsulova

Son xəbərlər
Bütün xəbərlər »