Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiyada erməni iş adamına 9 il həbs cəzası verilə bilər

Rusiyada 1 milyard rublluq (15 milyon 764 min 706 dollar) dələduzluqda ittiham edilən erməni əsilli iş adamı Oleq Mkrtçyan 9 il müddətinə azadlıqdan məhrum oluna bilər.

Bunu KİV-ə istintaqa yaxın mənbə bildirib.

O.Mkrtçyan hazırda Moskva Şəhər Məhkəməsində mühakimə olunur. Prosesdə dövlət ittihamçısı çıxış edərək erməni əsilli iş adamına 9 il həbs cəzası verilməsini istəyib.

“Report” xatırladır ki, O.Mkrtçyan əvvəllər Ukrayna Metalurgiya Şirkərinin Donbas Sənaye İttifaqının baş direktoru işləyib. O, 2018-ci ildə dələduzluğa görə tutulub.

“Fokus” jurnalının reytinq cədvəlinə əsasən, O.Mkrtçyan 2012-ci ildə Ukraynanın 200 ən varlı vətəndaşları sırasında 14-cü yerdə qərarlaşıb. Onun var-dövləti 1,25 milyard dollar dəyərində qiymətləndirilir. O.Mkrtçyan Rusiya və Ukraynanın vətəndaşıdır.

O həm də Krasnodarın "Kuban" futbol klubunun keçmiş sahibidir.

Paylaş »
››› “Azərbaycana 4 "İsgəndər" buraxdıq, hamısını tutub məhv etdilər” - Hambartsumyan
››› “Azərbaycanın məxfi birlikləri bizim zabitlərin səsi ilə əmrlər verirdilər” - Ermənistan eksperti
››› Paşinyanın Ərdoğanla görüşmək istəyi baş tutacaqmı: Türkiyənin əsas şərti nədir...
››› Əfqanıstanda özbək dilinin rəsmi statusu ləğv edilib
››› Mənzildən kişi meyiti aşkar olunub
››› MN: "Rusiya Müdafiə Nazirliyinin 2 erməni silahlısının yaralanması məlumatı təəssüf doğurur"
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »