Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Göyçayda "aftafa" olayında icra hakimiyyətindən rəsmi açıqlama

Göyçay rayonunda xidmətçilərin aftafa ilə ağac suvarması sosial şəbəkələrdə qalmaqal yaratdı.

Bizimyol.info xəbər verir ki, Göyçay rayonunun mərkəzində, İcra hakimiyyətinin yaxınlığında yerləşdiyi iddia olunan parkda xidmətçilərin aftafa ilə ağacları suvarması narazılıq yaradıb. Belə ki, kənardan bu mənzərədəni lentə alan vətəndaş onları sərt şəkildə tənqid edərək bildirib ki, texnikalar olduğu halda, 21-ci əsrdə ağaclar aftafa ilə suvarılır.

Bu görüntülər isə sosial şəbəkələrdə minlərlə insan tərəfindən izləndi və yerli icra hakimiyyəti sərt şəkildə tənqidlərə məruz qaldı.

Məsələ ilə bağlı Bizimyol.info-ya açıqlama verən Göyçay rayon İcra hakimiyyətinin başçısının şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi Rəşad Şükürov bildirib ki, həmin görüntülərdə əks olunan qab aftafa deyil:

"Həmin qab aftafa deyil. Suvarma üçün nəzərdə tutulmuş qabdır. İcra hakimiyyətinin hər cür teznikası var. Hər cür imkanları var. Sadəcə olaraq kiçik ağacları su maşınları ilə suvaran zaman onların dibi yuyulur, bəzən qopur. Ona görə də bu qablar vasitəsilə suvarılır".

Yayılan həmin görüntünü oxucularımıza təqdim edirik:

Paylaş »
››› Bakıda 46 ilin müəlliminə səbəb göstərmədən “sabahdan işə gəlmə” deyiblər
››› Xalq artistindən Maqsud Mahmudova sərt sözlər
››› Tibb işçisi qadınlara təcavüz etdi və sosial şəbəkədə canlı yayımladı
››› Bu, bahalaşmada son hədd deyil
››› Rusiyada yoxsulluğun artmasını necə gizlətməyə çalışırlar
››› Şəhid anasını “oğlun sağdır” deyib soyanlara nə ad verək?..
››› Zəfər zirvəsinə qalxan gənc xanım: “4 dərəcə şaxta və güclü külək şəraitində qalxmışıq” - Foto
Son xəbərlər
Bütün xəbərlər »