Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ətin qiymətinin qalxması heyvandarlıq sahəsində yaranmış problemin carçısıdır

Hər il Qurban bayramı ərəfəsində ətin qiymətində müəyyən qədər bahalaşma olsa da, bu il bahalaşma bir qədər erkən olub. Belə ki, artıq ətin qiyməti bahalaşıb. Deyilənə görə, bayrama bir-iki gün qalmış qiymətlərin daha da artacağı istisna edilmir.

Şəhərdə bir neçə yerdə ətin qiyməti ilə maraqlandı.Satıcılar qiymət artımını həm ümumi artım, həm də ölkənin ət bazarında böhran yaranması ilə əlaqələndirirlər.

Hazırda bazarda ətin mal ətinin bir kilosu 10 manat 50 qəpik-11 manat civarındadır. Quzu ətinin bir kiloqramıə 13 manata satılır.

Müqayisə üçün deyək ki, 2016-cı ildə mal ətinin bir kiloqramı 7manat 50 qəpikdir. , Qurban bayramı ərəfəsində isə 8 manat 50 qəpik olub.

Ölkədə ət idxalında artım olsa da rəsmi statistikada bu nədənsə gizlədilir.

Bu ilin yanvar-fevral aylarında Azərbaycan Ukraynadan 6.85 min ton dondurulmuş mal əti idxal edib. Bu məlumatı Ukraynanın Dövlət Gömrük Xidməti yayıb. Məlumata görə Ukraynadan Azərbaycana ixrac edilən dondurulmuş mal əti bu ölkənin ümumi ət ixracının 26.4 faizini təşkil edir. Azərbaycan Dövlət Gömrük Xidmətinin statistikasına əsasən isə ölkəyə bu ilin yanvar ayında xaricdən cəmi 5.04 min ton ət idxal edilib.

Kənd Təsərrüfatı Nazirliyinin hesablamalarına görə Azərbaycan əhalisinin qırmızı ətə olan illik tələbatı 350 min tona yaxındır. İki il əvvələ qədər bunun 263 min tonu yerli istehsal hesabına ödənilirdi.

Xaricdən idxal edilmiş dondurulmuş ət əsasən ictimai iaşə müəssisələrində, dövlət təşkilatlarında istifadə olunur.

Azərbaycanda iribuynuzlu mal-qaranın sayında azalma, ət istehsalında isə artım müşahidə olunub. Məsələn, 2018-ci il iyulun 1-nə olan məlumata görə, ölkə üzrə 2691,3 min baş iribuynuzlu mal-qara, o cümlədən 1 milyon 290,7 min baş inək və camış, 8 milyon 649,0 min baş qoyun və keçi mövcud olub. Dövlət Statistika Komitəsinin məlumatında bildirilir ki, 2017-ci il iyulun 1-nə nisbətən iribuynuzlu mal-qaranın sayı 16,4 min baş (0,6 faiz), o cümlədən inək və camışların sayı 9,2 min baş (0,7 faiz), qoyun və keçilərin sayı 118,1 min baş (1,3 faiz) azalıb. Buna baxmayaraq, Komitə 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 2018-ci ilin yanvar-iyun aylarında ət istehsalının 3,1 faiz artaraq 245,2 min tona çatdığını açıqlayıb.

Fikrini aldığımız bütün kənd təsərrüfatı mütəxəssislərinin fikrinə görə, fermerlərimiz, sahibkarlarımız Gürcüstandan, Ukraynadan aşağı çəkili, azyaşlı heyvanları alıb gətirib , burada kökəldib bazara çıxarırlar. Yəni diri heyvanın qiymətinin baha olma səbəbi yenə özümüzük.

Bu ilin yanvar-mart aylarında Azərbaycan 18,149 mln. ABŞ dolları dəyərində 13,033 min ton ət idxal edib. Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 4,94 mln. dollar (37,4%) və 4,312 min ton (49,4%) çoxdur.

Hesabat dövründə ət idxalı Azərbaycanın ümumi idxalının 0,6%-ni təşkil edib.

Ölkədə ət idxalına artan tələbat barədə Bizimyol.info saytına danışan kənd təsərrüfatı üzrə mütəxəssis Vahid Məhərrəmovun sözlərinə görə, ölkədə ət idxalının artmasına səbəb heyvandarlığa yaradılan məhdudiyyətlə bağlıdır.

“Son zamanlar 200 min hektar örüş sahəsi pambıq və taxıl əkininin ixtiyarına verilib. Bununla da həmin ərazilərdə heyvandarlıqla məşğul olan əhalini məcbur etdilər ki, onlar heyvanlarını kəsimə versin. Nəticədə həmin sahibkarlar artıq demək olar ki, heyvandarlıqla məşğul olmur. Əkinçiliklə məşğul olan oliqarxlar həmin yerlərdən heyvandarlıqla məşğul olan sahibkarları sıxışdırıb çıxarıblar. Təəssüf ki, sözügedən tendensiya geniş vüsət almaqdadır. Nəticədə ət idxalı artır. Son dövrlər hökumət pambıq, baramaçılığa geniş yer verməyə başlayıb. Otlaq sahələrinin yerini balanslaşdırılmamış şəkildə əkinçilik aldığına görə məlum problem yaranıb və bu gələcəkdə özünü daha kəskin şəkildə göstərəcək”.

Ucar rayonunda heyvandarlıqla məşğul olan fermer Əli Heybətov isə məsələyə belə münasibət bildirir: "İndi otun bir bağlamasını 2 manata alırıq. Ucar kimi digər Aran bölgələrində də otlaq sahələr tez yanır, quruyur. Heyvanı bəsləyib ortaya çıxarmaq özü baha başa gəlir. Bəzi adamlar deyir ki, bir stəkan  süd üçün inək bəsləməkdənsə gedib dükan südü alıb içərəm.Ona görə heyvan saxlayanların da sayı azalıb. Əti ucuz verməyə sadəcə imkanımız yoxdur".

İnək

Müqayisə üçün deyək ki, 2016-cı ilə nisbətən 2017-ci ildə Azərbaycanın ət idxalı üçün xərcləri 91% artıb

Bu Dövlət Gömrük Komitəsinin açıqladığı statistikayadır. 2017-ci ilin yanvar-sentyabr ayları ərzində ölkəyə statistik dəyəri 46 mln. 551,95 min dollar olan 30 min 387,31 ton ət idxal edilib ki, bu,2016-cı ilin analoji dövrü ilə müqayisədə 10 min 202,85 ton və ya 50,55% çoxdur. 2016-cı ilin yanvar-sentyabr ayları ərzində Azərbaycana 24 mln. 300,21 dollar dəyərində 20 min 184,46 ton ət idxal edilib.

Eyyub Huseynov Azad İstehlakçılar Birliyi Eyyub Huseynov

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun fikrinə görə, ölkədə ət idxalına kəskin tələbat var Statistika dəqiq məlumatları vermir və ət idxalına olan tələbat əkin yerlrinin artması,otlaq sahələrinin azalması ilə əlaqədardır. Mütəxəssis bildirir ki, Azərbaycanda hazırda məhz buna görə ətin qiymətində artım müşahidə olunur. Eyyub Hüseynovun fikinə görə, Azərbaycanda ətlik heyvandarlığın kompleks şəklində genişləndirilməsinə ehtiyac yaranıb.

Ətə olan tələbatın artırılması yenidən bir zamanlar Hindistandandan gətirilən sümüksüz, mənşəyi məlum olamayan ətin idxalının yenidən artırılmasını gündəmə gətirə blər. Bəs bu şəraitdə xarici ölkələrdə, xüsusən Çində hazırlanan süni ət ölkəmizə də yol tapa bilərmi? Eyyub Hüseynovun dediyinə görə, bu məsləylə Qida Təhlükəsizliy Agentliyi məşğul olsa da istisnalar da mümkündür.

“Kapitalizm cəmiyyətdiir. əsas məsələ insan sağlamlğıı deyil, pul qazanmaqdır. Buna görə də qeyri leqal yolla keyfiyyətsiz ətin gətirilmsi mümkün ola bilər. Statistikaya görə Azərbaycanda 7 milyon qoyun var. Amma bu məncə doğru statistika deyil. Ümumiyyətlə, Azərbaycanda heyvandarlığn inkişafı üçün götürülən xətt düzgün xətt deyil”.

Qeyd edək ki, 2018-ci il –BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) ilə Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi arasında Tərəfdaşlıq Proqramının (FATP) açılış mərasimi keçirilib. Tədbir dövlət qurumları və BMT nümayəndəliklərini bir araya gətirib. Tərəfdaşlıq Proqramı çərçivəsində FAO Azərbaycanda qoyunçuluğun davamlı inkişafı və ərzaq məhsullarının istehsalı üzrə dəyər zəncirinin yaradılması, iribuynuzlu damazlıq heyvanların cins tərkibinin yaxşılaşdırılması və səmərəli yemləmə sistemlərin təsis edilməsi, sağlam toxumluq kartof istehsalı üzrə milli sistemin yaradılması və fındıq sənayesinin inkişafını nəzərdə tutur.

Azərbaycan və FAO ötən 23 il ərzində birgə 53 layihə həyata keçirib, hazırda 6 layihənin icrası davam etdirilir, digər 4 layihənin isə yaxın müddət ərzində icrasına başlanacağı planlaşdırılır.

Hər bir halda artıq uzun müddətdir bölgələrdə fermerlərin səsləndirdiyi həyəcan təbilinə qulaq asmağın vaxtı gəlib çatıb. Qaş düzəldərkən göz çıxarmaq lazım deyil. Pambıqçılıq inkişaf etdiriləcək deyə rayon icra hakimiyyətləri, bələdiyyələr yerli heyvandarların fəaliyyətinə böyük əngəl törədirlər. Hərçənd, pambıqçılığın inkişafından da yüksək gəlir əldə edildiyini söyləmək mümkün deyil. Əkinçilik və heyvandarlığın inkişafı üçün balanslaşdırılmış iqtisadi layihələrin yaradılmasına böyük ehtiyac var.

İlhamə Rəsulova

Son xəbərlər
Bütün xəbərlər »