Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Tibet qadınlarının kişi hərəmxanası ənənəsi - Foto

Dünyanın bir ucu sürətlə inkişaf edib, aya, ulduzlara əl uzatsa da digər ucunda hələ də tayfa – qəbilə ənənələri qalmaqdadır. Bu gün sizə Tibetdə ucqar dağlıq zonalarda yaşayan xalqların qəribə ənənəsi barədə məlumat verəcəyik.

Tibetdə bir çox əlçatmaz dağ kəndlərndə və qəsəbələrində poliandriya çoxərlilik adi həyat tərzi sayılır.

Yüksək və sərt dağlarda əlverişli torpaq sahələri çox az olduğuna görə, bu yerlərdə meyitləri də basdırmayıb, dağlarda parçalayaraq qartallara yem edirlər. Elə çoxərlilik ənənəsi də torpaq çatışmazlığı nəticəsində yaranıb.

Tibet aileler 2

Çoxuşaqlı ailələrdə torpaq sahəsi evin böyük oğluna qalırdı. Kiçik oğullar ac qalmasın deyə ailələr bu torpaq sahəsinin onların ümumi malı olmasını istədilər. Üstəlik Tibetdə qadınların da sayı kişilərə nisbətən az olunca onlar vəziyyətdən çıxş yolu olaraq bir neçə qardaşa bir qadın almağı düşünüblər və bu ənənə artıq min illərdir davam edir. Qardaşlar bir-birləri ilə sülh şəraitində eyni evdə yaşayırlar Uşaqlar hamının hesab olunur. Gecəni kiminlə keçirməyə qadın qərar verir. Yataq otağının qarşısına qoyulmuş ayaqqabı qadının tək olmadığına işarə verir və hər kəs də bunu qəbul edir.

Tibet aileler 1

Orta statistikaya görə Tibetdə 3 kişiyə bir qadın düşür. Buna görə də qədim ənənə davam etdirilməkdədir. Qadınların sayının az olması , ərlərinin çox olması isə onların ailədə hökmran olması anlamına gəlmir.

Son xəbərlər
Bütün xəbərlər »