Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
4 yaşlı uşaq şahzadə Diana olduğunu söyləyir - Video

Avstraliyada yaşayan bir uşaq öznün şahzadə Diana olduğunu söyləməklə dünya mediasının diqqətini çəkib. 4 yaşlı Billi Kempbell tanınmış jurnalist Devid Kempbellin oğludur. Hələ 2 yaşı olarkən o ekranda şahzadə Diananı görərəkən anasına sakit səslə demişdi “Görürsən mən necə gözəl xanım idim?”Anası bu sözlərə gülmüş və bu barədə ərinə də danışmışdı. Lakin daha sonra onlar Billinin şahzadə Dianaya sonsuz marağını hiss etdilər. Uşq Şahzadə Diananın şəkilləri olan jurnallara baxırdı. Heç bir emosiya olmadan çoxlu şık paltarlarının olduğunu, ballarda, rəqs gecələrində iştirak etdiyini insanlara necə kömək etdiyini söyləyirdi. “Mənim Con adlı bir qardaşımda var idi, o kiçikkən öldü,mən isə yolla gedirdim, sonra qəza oldu, çoxlu polislə gəldilər və mən daha şahzadə olmadım” deyə balaca Billi qeyd edir.

4 yaşlı uşağın Şahzadə Diananın həyatı barədə danışdığı qəribə və az bilinən faktlar reinkarnasiya barədə düşünməyə yenidən vadar edir.

Qeyd edək ki, özünü ölmüş məşhur şəxslər kimi qələmə vermə faktlarına çox rast gəlinir. Bir neçə il öncə Türkiyənin Hatay vilayətində də azyaşlı uşaq Barış Manço olduğunu söyləmişdi.

Reinkarnasiya ruhun təkrar qayıdışı və bədənlənməsi, bir bədəndən digərinə keçməsi inancıdır.

Bu gün reinkarnasiyanın dəqiq yaşını və yarandığı yeri müəyyən etmək mümkün deyil. Bə`ziləri onun yarandığı yer olaraq Misiri, bə`ziləri də Hindistanı qeyd etsələr də ayrı-ayrılıqda Kelt və Skandinaviya xalqlarında, Mayya və Astek qəbilələrində də hələ qədimdən belə bir inancın olduğu ortaya çıxmışdır. Lakin bir çox faktlara əsaslanaraq alimlər, hətta ibtidai insanlarda da reenkarnasiya inancının olduğu nəticəsinə gəlimişlərdir. Daha yaxşı anlamaq üçün tarixi seyr içində bu inancın gedişatına nəzər salsaq yəqin ki, pis olmaz. Bu gedişatda günümüzə qədər gəlib çatan ən qədim mə`lumat eramızdan 60-10 min il əvvəl yaşamış olan Kro-Maqnon insanıdır. Bilindiyi kimi, onlar yaşadıqları mağaranın divarlarına ovladıqları heyvanın şəklini çəkər (bu şəkillər günümüzə qədər gəlib çıxmaqdadır), sonra isə onun qarşısında rəqs edərək heyvanın ruhundan üzr istəyirdilər. Buradan isə anlaşılır ki, onlar heyvanda da ruhun olduğuna inanırmışlar . Onlardan bir qədər sonra, yə`ni eramızdan 4 min il əvvəl Amerika qızıldərilərindən Dokato, Mohave və Navotez tayfalarında reenkarnasiyanın izi görünməkdədir. Belə ki, onlar öldükdən sonra ruhun "xoşbəxt ov sahəsi"nə gedəcəyinə inanırdılar. Buna oxşar inanışlar Skandinaviya xalqlarında, Keltlərdə, Qrenlandiya eskimoslarında da var idi. Eskimoslar insanın üçlükdən, vücud, ruh və addan ibarət olduğuna inanırdılar. Onlara görə insan öldükdən sonra vücud çürüyüb getsə də, ruh başqa bədənlə yenidən dünyaya qayıda bilər. Həmin insanın adını yeni doğulan körpəyə qoyduqda isə onun adı dirilmiş olur.

İslamda Reinkarnasiya

İslam bunun əleyhinədir. Hesab edilir ki, reinkarnasiya məsələsi məhşər gününə, insanların bir yerə toplaşıb Allah qarşısında əməllərə görə hesabat verməyə aid inanışa çox böyük zərbə vurur. Hind fəlsəfəsində deyilir ki, hər bir insan paklanmaya qədər ruhu təkrar-təkrar dünyaya qayıdır, arınma prosesini keçə-keçə, nəhayət tam paklanmış vəziyyətdə cənnətə doğru yönəlir. Yəni cənnət Allahın mütləq mənada lütfünün hakim kəsildiyi bir fəza sistemi, cəhənnəm isə yaşadığımız dünyadır. Adəmin cənnətdən qovulması və yer üzünə göndərilməsini də misal çəkirlər. Yəni, o əgər cənnətdən qovularaq yer üzündə yaşamağa məhkum olunubsa, deməli, yer üzündəki həyatın özü cəhənnəm timsallı bir ömür möhlətidir. Lakin türkiyəli din adamı Yaşar Nuri Öztürk İslamda da reinkarnasiya amilinin var olduğunu bildirirdi. Beləki, məşhur alim Qurandakı bir ayəyə əsaslanaraq öz fikirlərini sübut etməyə çalışırdı. O, müqəddəs kitabdakı “Bəlkə, şükür edəsiniz deyə, biz sizi ölümünüzdən sonra yenidən diriltdik....” və buna bənzər ayələrin reinkarnasiyaya işarə olduğunu söyləyirdi.

İlhamə Rəsulova

Son xəbərlər
Bütün xəbərlər »