Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Su pərisi" sindromu ilə doğulan uşaq ölüb - Foto

Hindistanın Uttar-Pradeş ştatının Lakximpur-Kxeri dairəsində sirenomeliya ilə uşaq doğulub.

Bu haqda “The Times of India” nəşri bildirib.

Nəşrin məlumatına görə, yerli xəstəxanada doğuş normal keçib, amma körpə bitişik ayaqlarla dünyaya gəlib. Körpənin vəziyyəti ağır olduğundan həkimlər onu dairə xəstəxanasına aparmağı tövsiyə ediblər, amma körpə yolda həyatını itirib.

Həkimlərin sözlərinə görə, uşaq çox zəif idi və doğulduqdan bir saat sonra – hələ körpənin cinsiyyəti müəyyən edilmədən ölüb.

su_perisi_ushaq

Qeyd edək ki, sirenomeliya və ya su pərisi sindromu adlanan genetik anomaliya körpənin aşağı ətraflarının bitişik formada olmasına deyilir. Sirenomelia sindromu ilə doğulan uşaqların ayaqları ana bətnində bitişik halda inkişaf edir. Belə olduqda uşaqların cinsiyyətini də müəyyələşdirmək olmur.

Anomaliya daxili orqanların lazımınca inkişaf etməməsinə görə uşağın ölümünə gətirib çıxarır. Bu xəstəliklə doğulan uşaqlar bir gündən artıq yaşamır. Su pərisi sindromu hər 100 körpədən birində rast gəlinir. (publika.az)

Son xəbərlər
Bütün xəbərlər »