Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Amerikalı üzgüçü dünya çempionatında 8 medal qazanmaqla rekord vurub

ABŞ üzgüçüsü Kaleb Dressel bu idman növünün tarixinə düşüb.

APA-nın məlumatına görə, 22 yaşlı amerikalı dünya çempionatları tarixində bir yarışda 8 medal qazanan ilk idmançı olub.

O, Cənubi Koreyanın Kvandju şəhərində təşkil olunan yarışda 6 qızıl və 2 gümüş medal əldə edib. K.Dressel çempionatın gedişində iki dünya rekordunun da müəllifi olub. 100 m məsafəyə batterflyay üsulu ilə üzməkdə fərqlənən idmançı 4x100 m sərbəst üsulla qarışıq estafetdə yığmanın heyətində rekordçu adına yiyələnib.

2017-ci ildə keçirilən dünya çempionatında 7 qızıl medal qazanan K.Dressel əfsanəvi Maykl Felpsin rekordunu təkrarlamışdı. Sonuncu iki dəfə eyni çempionatda yeddi medal əldə edib. Bu dəfə isə gənc idmançı medal sayında mütləq rekorda imza atıb.

Qeyd edək ki, karyerasında iki dünya çempionatı olan K.Dressel 13 qızıl və 2 gümüşə sahibdir.

Paylaş »
››› “Azərbaycanın məxfi birlikləri bizim zabitlərin səsi ilə əmrlər verirdilər” - Ermənistan eksperti
››› Paşinyanın Ərdoğanla görüşmək istəyi baş tutacaqmı: Türkiyənin əsas şərti nədir...
››› Nuran Abdullayev yeni vəzifəyə seçilib
››› Nuran Abdullayev yeni vəzifəyə seçilib
››› Artıq mini sualtı gəmilərimiz də var
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Türkiyə yığmasının yeni baş məşqçisi müəyyənləşib
Son xəbərlər
Bütün xəbərlər »