Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ-ın Milli Kəşfiyyat direktoru istefa verəcək, bu posta yeni namizəd də bəllidir

ABŞ Milli Kəşfiyyat Direktoru Deniel Koutsun vəzifəsindən istefa verəcəyi gözlənilir.

Bu barədə “The New York Times” qəzeti məlumat yayıb.

Nəşrə görə, ABŞ Prezidenti Donald Tramp bu vəzifəyə Texas ştatından olan konqresmen Con Retkliffin namizədliyini dəstəkləyəcəyi ehtimal edilir. İlk növbədə bunun üçün ABŞ senatorlarının razılığı alınmalıdır.

Qeyd olunur ki, Koutsun vəzifədən uzaqlaşdırılması onun Trampla bir çox məsələlərdə, xüsusən də Rusiya ilə bağlı fakir ayrılığının olmasıdır.

ABŞ prezidenti dəfələrlə birləşmiş ştatların kəşfiyyat idarəsinin fəaliyyətini tənqid ediyi deyilir.

Tramp çıxışlarında 2001-ci il 11 sentyabr terror hücumlarından sonra yaradılan Milli Kəşfiyyat İdarəsi və ona nəzarət edən ABŞ xüsusi xidmət orqanlarının yenidən qurulmasını dilə gətirib.

Donald Tramp Milli Kəşfiyyat İdarəsinin direktoru postuna respublikaçı konqresmen Con Retkoiffin namizədliyini irəli sürəcəyini deyib.

O bunu "Twitter" mikrobloqunda yazıb.

"Xəbər verməyə şadam ki, Texasdan olan konqressmen Con Retkliff tərəfimdən Milli Kəşfiyyat İdarəsinin direktoru postuna irəli sürüləcək. Hazırkı direktor Den Kouts avqustun 15-də vəzifəsini tərk edəcək", - deyə Tramp bildirib.

Xatırladaq ki, ABŞ Milli Kəşfiyyat Direktoru ştatın ümumilikdə mövcud olan 16 xüsusi xidmət orqanlarının əlaqələndiricisi hesab olunur.

Son xəbərlər
Bütün xəbərlər »