Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Kənd sakinləri yolunu azmış pələngi döydülər - Video

Hindistanda bir qrup insan pələngi ölümünə döyüblər.

“Sputnik” xəbər verir ki, hadisə Uttar Pradeş əyalətində baş verib.

“Pilibhit Tiger Reserve” adlı qoruqda yaşayan pələng yolunu azaraq insanlar yaşayan əraziyə gəlib.

Burada bir nəfəri yaralayan vəhşi özlərini qorumaq istəyən insanların hücumuna məruz qalıb.

Əllərində uzun ağaclar və dəyənəklər olan yerli sakinlər heyvanı ölümünə döyüblər.

Hadisə sosial şəbəkələrdə yayıldıqdan sonra məsələ ilə bağlı dörd nəfər saxlanılıb.

https://twitter.com/i/status/1154610882313256960

Son xəbərlər
Bütün xəbərlər »