Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Türkiyə Rusya ilə birgə nüvə silahı hazırlayacaq"

"Türkiyə “Akkuyu” Atom Elektrik Stansiyasında nüvə silahı istehsal etməyi planlaşdırır".

Türkiyə mətbuatı xəbər verir ki, bu iddia ilə Cənubi Kipr Kəşfiyyat Xidmətinin keçmiş rəhbəri Storgos Andreas Pentaras çıxış edib.

Keçmiş kəşfiyyat şefinin iddiasına görə, “Akkuyu” layihəsində Türkiyə-Rusiya biznes əməkdaşlığının pərdəarxasında nüvə silahının istehsalı dayanır. Onun sözlərinə görə, “Akkuyu”da inşa ediləcək 4 reaktorun nüvə enerjisinin istehsalı ilə yaxından- uzaqdan əlaqəsi yoxdur.

Akkuyu

“Bu 4 reaktordan nüvə silahı və bombasının istehsalı üçün istifadə ediləcək”, - Pentaras əlavə edib.

Qeyd edək ki, Türkiyənin enerjidə xaricdən asılılığını azaltmaq məqsədi ilə Mersin şəhərində inşa edilən “Akkuyu”da hər biri 1200 MVt gücündə olan 4 reaktor quraşdırılacaq. Hazırda Türkiyədə 56 min MVt elektrik enerjisi istehlak edir. Beləliklə, “Akkuyu” ölkənin elektrik enerjisinə olan tələbatının 12 faizini ödəyəcək. Stansiyanın 2023-cü ildə istifadəyə verilməsi planlaşdırılır.(Publika.az)

Son xəbərlər
Bütün xəbərlər »