Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Tədqiqatçı alimlər: "İnsanlar almanı düzgün yemirlər"

Qrats Texnologiya Universitetinin (Avstriya) alimləri insanların əksəriyyətinin almanı düzgün yemədiyini müəyyən ediblər.

Teleqraf.com xəbər verir ki, almalarda insan orqanizminə, xüsusən mədə-bağırsaq sisteminə müsbət təsir göstərə biləcək çox sayda faydalı bakteriya tapılıb. Belə ki, mağazadan alınan, yaxud həyətdən yığılan almanın hər qramında tərkibində təxminən 500 min müxtəlif bakteriya olduğu müəyyənləşib.

Alimlər tədqiqatın gedişi zamanı faydalı mikroorqanizm-probiotiklərin 90 faizinin almanın özəyində olduğu qənaətinə gəliblər. Beləliklə, meyvədən bəhrələnmək üçün onu mütləq gəmirərək yemək lazımdır.(teleqraf)

Son xəbərlər
Bütün xəbərlər »