Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Avropanın şimalında rekord istilər qeydə alınır

Şimali Avropa ölkələrində rekord istilər qeydə alınır.

APA-nın "Ukrinform"a istinadən verdiyi məlumata görə, iyulun 27-də Norveçdə temperatur 1970-ci ildə qeydə alınan rekorda çatıb.

Norveçin şimalındakı Laksforsda temperatur 35,6 dərəcə olub ki, bu da 50 il əvvəl qeydə alınan rekorda bərabərdir. Meteoroloqlar ölkənin 20 məntəqəsində "tropik gecələr" qeydə alıblar. Gecə ərzində temperatur 20 dərəcədən aşağı düşməyib. Qonşu İsveçin şimalındakı Markusvins şəhərində temperatur 34,8 dərəcəyə çatıb. Bu, 1945-ci ildən sonra uzaq şimalda qeydə alınan ən yüksək temperaturdur.

Paylaş »
››› Daha bir Türksoylu dövlətdə ruslarla bağlı qalmaqal
››› Kosobokovun geri çağırılmaq səbəbi aydın oldu
››› “Xortlayan ölü”nün könlündən yenə turist səfərləri keçir
››› Nazirlikdən xəbərdarlıq: Güclü leysan olacaq, dolu düşəcək
››› Ən bahalı iPhone-ların qüsurları aşkarlanıb
››› Çin ABŞ-ı atom bombasıyla hədələyir
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »