Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Dünyanın ən varlı cütlükləri

"Forbes" jurnalı dünyanın ən varlı cütlüyünü açıqlayıb.

Azərtac bildirir ki, 5,9 milyard dollarlıq sərvətləri ilə Tom və Cudi Love cütlüyü siyahıda ilk sırada qərarlaşıb.

Tom və Cudi ABŞ-ın 41 ştatındakı 470 yük maşını dayanacağı və satış mağazalarından ibarət "Love's Travel Stops & Country Stores" şirkətinin sahibidirlər.

milyarder

Siyahıda sonrakı yerlərdə 5,6 milyard dollar sərvətləri ilə "Wonderful Co." şirkətinin sahibi Linda və Stivart Resnik cütlüyü, 4 milyard dollarla Diane von Furstenberq və Barri Diller ("InterActiveCorp", "Expedia Group", "Fox Broadcasting Company" və "USA Broadcasting"in sahibləri), 3,4 milyard dollarla Peqi və Andre Çernq ("Panda Express" və "Panda Restaurant Group"un sahibləri), 3 milyard dollarla Jin Suk və Do Von Çanq ("Forever 21" mağazalar şəbəkəsinin sahibləri), 2,8 milyard dollarlıq sərvətləri ilə türkiyəli Ərən və Fateh Özmən cütlüyü ("Sierra Nevada Corporation"ın sahibləri) qərarlaşıb. (teleqraf)

Son xəbərlər
Bütün xəbərlər »