Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Aktrisa Rassi Teylor vəfat edib

Disney cizgi filmlərində Minni Maus obrazını səsləndirən amerikalı aktrisa Rassi Teylor 75 yaşında vəfat edib.

APA-nın xəbərinə görə, bu barədə "Walt Disney" şirkəti məlumat yayıb.

Məlumatda aktrisanın iyulun 26-da Kaliforniya ştatının Qleyndeyl şəhərində vəfat etdiyi bildirilir.

Qeyd edək ki, R. Teylor 30 il ərzində Disneyin müxtəlif layihələrində Mikki Mausun rəfiqəsi Minni Mausu səsləndirib.

Son xəbərlər
Bütün xəbərlər »