Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Belə xəyanətlərin əvəzini də ağır ödəyərlər”

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ötən gün iyulun 27-də partiyasının regional təşkilatlarının rəhbərlərinin genişləndirilmiş toplantısında çıxışı zamanı AKP-dən ayrılıb yeni partiya qurmaq istəyənlər, Azərbaycanla fındıq anlaşması və ABŞ-ın təzyiqləri barədə danışıb.

Virtualaz.org xəbər verir ki, Ərdoğan yeni partiya qurmaq istəyən Əli Babacana, Əhməd Davudoğluna və Abdullah Gülə ad çəkmədən istehza edib. “Biriləri partiya qururmuş, heç bunları vecinizə almayın. Çox içimizdən ayrılıb partiya quranlar gördük. Bu anda soruşsam heç adını-sanını da xatırlamazsınız. Bu işlər belədir. Belə xəyanətlərin içərisində olanlar bu işin əvəzini də ağır ödəyərlər”,-Ərdoğan deyib.

Türkiyə prezidenti Rusiyadan S-400 zenit-raket komplekslərinin alınmasına cavab olaraq ABŞ-ın Ankaraya qarşı sanksiyalar tətbiq edə biləcəyi barədə müzakirələrə də toxunub. Deyib ki, Türkiyə qəbilə dövləti deyil, qəbilə heç deyil. 2 min illik tarixə malik dövlətdir və belə addım atılarsa, yəni sanksiyalar olarsa cavabsız qoymayacaq.

“Dünənə qədər qapılarında bizi dilənçi kimi gözlətdilər. Bir pilotsuz təyyarəmi, silah daşıyan pilotsuz təyyarəmi alacağıq, bu gün get, sabah gəl dedilər, vermədilər. Hörmətli Buş bir gün mənə dedi ki, “Hörmətli baş nazir, sizə qarşı edilən bu hərəkətləri qəbul edə bilmərəm”. Və dövlət katibi Pauelli çağırdı, heç olmasa 24 saat, 48 saat müddətinə bu pilotsuz təyyarələri verəcəksiniz dedi, sonra belə bir proses başladı. Bu qonşular bizi mal sahibi etdilər. İndi pilotsuz təyyarələrimiz var, silah daşıyan pilotsuz təyyarələrimiz var.

Sursatlarını da özümüz istehsal edirik”,-Ərdoğan AKP təşkilatları rəhbərləri qarşısında deyib. Prezident çıxışında Türkiyə iqtisadiyyatının vəziyyəti haqda da danışıb, Mərkəzi Bankın məzənnəni aşağı salmalı olduğunu deyib. Habelə Azərbaycanın fındıq istehsalçıları ilə anlaşmadan bəhs edib. Ərdoğan bildirib ki, Türkiyə, Azərbaycan və Gürcüstan hazırda dünyanın fındıq istehsalının 80 faizini təmin edir.

“Üç ölkə olaraq fındıqla bağlı əməkdaşlıq müzakirələrini başlatdıq. Beləliklə də qarşıdakı müddətdə dünya bazarında fındığın dəyərinin ədalətli səviyyədə olmasını təmin etmək üçün önəmli addım atdıq. Bununla bağlı fındıq istehsalçılarımıza müjdə vermək istəyirəm”,-o bildirib.

Ərdoğanın dediyinə görə, hazırda Türkiyədə yüksək keyfiyyətli fındığın dövlət satınalma qiyməti 17 lirədir, dövlətin verdiyi subsidiyalar da daxil olmaqla qiymət 19 lirəyə çatır. Hazırda məqsəd dünya bazarında fındığın satış qiyməti ilə bağlı qeyri-müəyyənliyi aradan qaldırmaqdır.

Paylaş »
››› Məktəblərin rus bölməsinə axının səbəbi nədir: “Peşman olacaqlar”
››› “Rusiya generalı Azərbaycan kəndində Ermənistan bayrağı qaldırmağımızı istədi” – Avanesyan
››› Dahilərin evlilik barədə deyimləri: “Hər qadının həyatında iki vacib kişi var...”
››› Baltikyanı ölkədən Çin telefonları haqda xəbərdarlıq: “Zibil qutusuna atın”
››› “Ərdoğanla görüş və Əliyevlə dialoq istəyən adam “iki erməni dövləti” ifadəsini işlətməz”
››› “Batum xəlvəti”nin sırləri
››› 22 milyonluq yeyintidə ittiham olunan “Şöhrət” ordenli Muradov məhkəməyə nə vaxt çıxarılır
Son xəbərlər
Bütün xəbərlər »