Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Sarı zolaq” qadağası ləğv edildi

“Baku 2019” Avropa Gənclərinin Olimpiya Festivalın ilə əlaqədar, paytaxtın bəzi küçə və prospektlərində sarı rəngli “olimpiya zolaqları” kimi tanınan avtomobil zolaqları üzrə məhdudiyyət aradan qaldırılıb.

Bu barədə Bakı şəhər BPİ DYPİ-nin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib.  Onun sözlərinə görə, paytaxtın bəzi küçə və prospektlərində sarı zolaqlar üzrə bütün nəqliyyat vasitələri üçün olan məhdudiyyət aradan qaldırılıb:

“Olimpiya Festivalı ilə əlaqədar tətbiq edilən məhdudiyyət iyulun 27-si gecə saat 24:00-dan etibarən aradan qaldırılıb. Artıq bütün növ nəqliyyat vasitələri bu zolaqlar üzrə sərbəst və fasiləsiz hərəkət edə bilər. Təbii ki, ara məsafəni, sürət həddini gözləmək şərtilə”.

Paylaş »
››› “Laçın dəhlizində də Azərbaycan polisinin görünməsinə az qalıb”
››› İki polis zabiti narkotikə görə həbs edilib
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› "Yuxarı Qarabağda əhali Rusiyanın girovluğundadır"
››› Ukraynada saxlanılan Maqsud Mahmudov Azərbaycana gətirilib
››› “Artıq Dağlıq Qarabağ yoxdur, Azərbaycan var, başa düşdüz?!..” - Video
››› ÜST: Həkimlər və tibb bacıları xəstəxanaları tərk edirlər
Son xəbərlər
Bütün xəbərlər »