Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Yaponiya sərhədlərini pilotsuz helikopterlərlə qoruyacaq

Yaponiyanın Müdafiə Nazirliyi özünümüdafiə qüvvələrinin patrul gəmilərini 2023-cü ildən pilotsuz uçan helikopterlərlə təchiz etmək fikrindədir.

APA xəbər verir ki, helikopter modellərinin seçimi 2022-ci ildə həyata keçiriləcək. Hələlik bu məqsədlə ABŞ-ın “Northrop Grumman” şirkətinin istehsal etdiyi “MQ-8С Fire Scout” uçan aparatlar gözdən keçirilir.

Bildirilir ki, 12,6 metr uzunluğu olan bu model 5 km yüksəkliyə qalxa və 15 saat havada qala bilir. 2023-cü ildə 3 belə helikopter alınacaq. Növbəti 10 ildə isə onların sayı 20-yə çatdırılacaq.

Ölkənin Müdafiə Nazirliyi həmin helikopterləri Şərqi-Çin dənizində, Tokio ilə Pekinin ərazi mübahisələrinin yarandığı Senkaku adaları ətrafında patrul məqsədi ilə istifadə etmək niyyətindədir. Pilotsuz helikopterlər yeni ağır patrul-mühafizə gəmilərində yerləşdiriləcək.

Paylaş »
››› Bakıda klinikada çəplik üçün əməliyyata girdi, görmə qabiliyyətindən oldu
››› Raketi görməyənlər, şəhid ailəsinin daşı ilə özünə tualet tikənlər – Qısası, İcra Hakimiyyətləri
››› “Məgər ölkəni satanlar elə təkcə rus sektorunu bitirənlərdir?”
››› İnsanlar beynini qida ilə sıradan çıxarır
››› Putinin istəyinə çatması Rusiyaya nəyin bahasına başa gələcək...
››› Pandemiya ilə bağlı vəziyyət daha da ağırlaşır
››› “30 ildir yaşadığım evin mülkiyyət sənədini almağıma imkan vermirlər”
Son xəbərlər
Bütün xəbərlər »