Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Məşhur blogerin meyiti kanalizasiyadan tapıldı

"YouTube”dakı "Road to film” (“Filmə gedən yol”) kanalının müəllifi Pavel Ş.-nin meyiti Sankt-Peterburqdakı kanalizasiya kollektorlarından birindən aşkarlanıb.

Oxu.Az-ın verdiyi xəbərə görə, polis məlumatı təsdiqləyib.

Əslən Belarusdan olan blogerin və onu müşayiət edən Aleksey adlı digerin meyitlərini Karpovka çayındakı kanalizasiya kollektorundan tapıblar. Pavel kanalizasiyada növbəti filmini çəkmək istəyirmiş.

İyulun 27-də axşam qırx yaşlı bloger özünün iki kamerasını da götürüb, diggerlə birlikdə təxminən 5 metr dərinliyi olan kollektora düşüb. Yerli vaxtla saat 5-də onlarla əlaqə kəsilib. Bundan sonra blogerin dostlarından biri polisə müraciət edib. Ehtimala görə, Pavel hündürlükdən yıxılıb, digger isə havasızlıqdan boğulub.

Qeyd edək ki, “YouTube”dakı “Road to film” kanalının 578,5 min abunəçisi var, paylaşılan videoların izlənmə sayı isə ümumilikdə 72,8 milyonu keçir.

Paylaş »
››› Bakıda 46 ilin müəlliminə səbəb göstərmədən “sabahdan işə gəlmə” deyiblər
››› Xalq artistindən Maqsud Mahmudova sərt sözlər
››› Tibb işçisi qadınlara təcavüz etdi və sosial şəbəkədə canlı yayımladı
››› Bu, bahalaşmada son hədd deyil
››› Rusiyada yoxsulluğun artmasını necə gizlətməyə çalışırlar
››› Şəhid anasını “oğlun sağdır” deyib soyanlara nə ad verək?..
››› Zəfər zirvəsinə qalxan gənc xanım: “4 dərəcə şaxta və güclü külək şəraitində qalxmışıq” - Foto
Son xəbərlər
Bütün xəbərlər »