Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiyanın Vaşinqtondakı ticarət nümayəndəliyində axtarış aparılır
Rusiyanın Vaşinqtondakı ticarət nümayəndəliyində axtarış aparılır. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, axtarış tədbirləri rusiyalı diplomatların iştirakı ilə keçirilir.

Ticarət nümayəndəliyində aparılan axtarışları beynəlxalq konvensiyaları pozan reyder qəsbi adlandırıblar. Diplomatik nümayəndəliyinin fəaliyyəti üçün lazım olan bütün əşyaların diplomatlar tərəfindən çıxarıldığı bildirilir.

Rusiya XİN-i bundan əvvəl Rusiyanın Vaşinqtondakı ticarət nümayəndəliyində planlaşdırılan axtarışla əlaqədar ABŞ səfirliyinə etiraz notası təqdim edib.

XİN qeyd edib ki, Moskva cavab tədbirləri görmək hüququnu özündə saxlayır və beynəlxalq hüququn kobud pozulması və Rusiya diplomatik qurumlarının immunitetinə qəsd hallarına son qoymağı tələb edib.

Son xəbərlər
Bütün xəbərlər »