Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İçdiyi dərmanın dozasını artırıb özünü çəkəndən sonra intihar edən şizofren rəssam – Brian Çarnli kimdir?

“Hadisələr həqiqətən də kontroldan çıxmağa başlamışdı. Sanki kimsə mənə siqaret çəkməməyimi, çəksəm, fəlakət olacağını deyirdi”

Bu sözləri şizofreniya xəstəliyinə tutulan Brian Çarnli deyirdi.

1949-cu ildə İngiltərədə dünyaya gələn Brian uşaq vaxtlarından rəsmdə olduqca bacarıqlı idi. Təsiri altında qaldığı psixoloji problemləri ilə yaradıcılığını bir araya gətirən rəssam ortaya olduqca maraqlı əl işləri çıxarmağı bacarıb.

1991-ci ildə o içdiyi dərmanların dozasını artıraraq rəsm çəkməyə qərar vermişdi. Onun məqsədi yüksək dozada qəbul edəcəyi dərmanların təsirində olduğu zaman nələr çəkə biləcəyini görmək idi. Hətta o bunun üçün özünə bir gündəlik də tutmuşdu. Həmin anlarda yadında qalan bütün detalları oraya qeyd edirdi. Brian qarşısına qoyduğu məqsədə nail oldu. Lakin o bunun bədəlini çox ağır ödədi.

18 yaşında ağır sinir krizi keçirən Brian bir müddət yaxşılaşdıqdan sonra Londonda “Central School” sənət və yaradıcılıq məktəbinə qəbul oldu. Lakin yenidən davam edən əsəb pozğunluqları onun məktəbi başa çatdırmasına mane oldu. Ona şizofreniya diaqnozu qoyulduqdan sonra tam 6 iı davamlı olaraq elektroşok müalicəsi tətbiq olundu. Müalicəsi başa çatdıqdan sonra sənət və yaradıcılığını davam etdirmək istəyən Brian ailəsinin yanından ayrıldı. Tək başına yaşamağa başlayan Brian bu müddət ərzində bir çox məşhur sənətçilıərlə tanış oldu.

Əvvəllər rəsmlərində daha çox çiçəklərə yer verən Brian daha sonra tərzini dəyişərək şizofreniya ilə bağlı rəsmlər çəkməyə başladı. O, bu tərzi ilə əvvəlkindən daha çox şöhrət qazandı və rəsmləri olduqca çox baha qiymətlərə satılmağa başladı. O yaşadığı ağır ruhsal çöküşü çəkdiyi avtoportetlərlə izah etməyə çalışırdı. Şizofreniyanın təsiri altında olduğu zaman özünün gördüyü kimi rəsm çəkən rəssam bunun adını “The Self Portrait Series” qoydu.

Lakin bu rəsmlər çox keçmədən onun sonu oldu. O,1991-ci ildə 42 yaşında dərmanını yüksək dozada qəbul edib, son avtoportretini çəkərək intihar etdi.

Brian Çarnlinin gündəliyindəki qeydlərin bir xırda hissəsini təqdim edirik.

O bu sözləri yüksək dozada qəbul etdiyi dərmanların təsiri altında yazıb: “Radio və televizor məni çox narahat edir. Çünki onardan yayılan şüalarla özümü təhqir edilmiş kimi hiss edirəm. Bu halda insanlar mənə gülür, lakin bunun həqiqət olduğunu deyirdi. Mən də sosial təmaslardan qaçmağa davam etdim”. (Musavat.com)

Paylaş »
››› İki oğlu şəhid olan ananın şikayətinə cavab gəldi
››› "Region dünyanın barıt çəlləyinə çevrilib, partlayış bir qığılcıma bənddir"
››› “Yardımlının axundunu rayonda tapmaq olmur”
››› FHN hava şəraiti ilə bağlı əhaliyə müraciət edib
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› “Məgər ölkəni satanlar elə təkcə rus sektorunu bitirənlərdir?”
››› Ərdoğan: "İğdırdan Azərbaycana yol çəkəcəyik"
Son xəbərlər
Bütün xəbərlər »