Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Jirinovski kommunist rejimin çökməsinin səbəblərini açıqlayıb

Rusiya Liberal Demokratik Partiyasının sədri Vladimir Jirinovski kommunist rejimin 1991-ci ildə çökməsinin səbəblərini açıqlayıb.

Musavat.com xəbər verir ki, radikal siyasətçi sözlərini əsasən Kommunist partiyasının sədri Gennadi Züqanova ünvanlayıb.

“Sovet hakimiyyəti 73 il sizin hər şeyinizi istismar edib, biz isə onu sevirdik. Siz hələ sizə olan nifrətin mənbəyini bilmirsiz? Bizi sizlər bu arzudan, böyük Sovet İttifaqından məhrum etdiniz. İndi isə “Hər şey pisdir”, “bərbaddır” deyə fəryad edirsiniz,- deyə V.Jirinovski bildirib.

RLDP sədri SSRİ-nin vaxtilə elə özünün zibil içində olduğunu deyib:

“Bu indiki zibillər hardan gəlir? Hardadır sizin Sovet İttifaqı ərazisi boyunca zibil emalı zavodlarınız? Mən özüm doğma şəhərimdə həyətdə yaşayırdım və zibilləri at arabası ilə daşıyırdılar... ona görə də danışmaq lazım deyil...”.

Vladimir Jirnovski sovet dövründəki bərbad iqtisadi vəziyyəti də kommunist liderin yadına salıb.

“İstər aptek, istər mağaza, istərsə də hamam olsun. Fərq etməz. Hər yerdə böyük növbə var idi. Sizi bir bu növbələr, bir də “pripiska”lar (məhsulların və iqtisadi göstəricilərin şişirdilməsi-red.) bitirdi. Nə vaxt ki xalq acından öldüyünü, mağazaların boş olduğunu gördü, o zaman hər şeyin yalan olduğunu anladı.

İndi ölüm sayında artım yoxdur, sadəcə uşaq doğan yoxdur. Bəz sizin hesab-kitabınız hanı? Siz ki riyaziyyatçısınız, Gennadi Andreyeviç, ali məktəbi də bitirmişdiniz. Lakin niyə Moskvaya gəldiniz?”,-deyə Jirnovski siyasi rəqibinə müraciət edib.

Paylaş »
››› Bakıda 46 ilin müəlliminə səbəb göstərmədən “sabahdan işə gəlmə” deyiblər
››› Xalq artistindən Maqsud Mahmudova sərt sözlər
››› Tibb işçisi qadınlara təcavüz etdi və sosial şəbəkədə canlı yayımladı
››› Bu, bahalaşmada son hədd deyil
››› Rusiyada yoxsulluğun artmasını necə gizlətməyə çalışırlar
››› Şəhid anasını “oğlun sağdır” deyib soyanlara nə ad verək?..
››› Zəfər zirvəsinə qalxan gənc xanım: “4 dərəcə şaxta və güclü külək şəraitində qalxmışıq” - Foto
Son xəbərlər
Bütün xəbərlər »