Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Moskvada kütləvi həbslər: Mitinqdən öncə müxaliflər tutulur

Rusiyanın Korrupsiya ilə Mübarizə Fondunun direktoru İvan Jdanov Moskvada şəhər dumasına bəzi şəxslərin namizədliyinin ləğvi əleyhinə keçiriləcək mitinqdən öncə polis tərəfindən saxlanılıb.

Axar.az xəbər verir ki, bu sözləri Jdanov öz Tvitter səhifəsində paylaşıb.

“Mən saxlanılmışam. Hər kəsə xoş gün günlər. Rusiya müstəqil olacaq”, – deyə o bildirib.

Jdanovdan başqa meriya qarşısında dizayner Konstantin Konovalov da yaxalanıb. O, səhər qaçışına çıxdığı vaxt meriya qarşısında həbs edildiyini bildirib.

Bununla bərabər Aleksey Navalnının mətbuat katibi Kira Yarmış və Korrupsiya ilə Mübarizə Fondunun əməkdaşı Ruslan Şaveddinovun mənzilində polis tərəfindən axtarış aparılıb. Axtarışlar Moskva Şəhər Dumasına namizəd Yuliya Qalyaminin evində də gedib. Saxlanılanlar arasında Moskva Şəhər Dumasına keçmiş namizəd Dmitri Qudkov da yer alıb.

Paylaş »
››› Daha bir türkdilli dövlətdə ruslarla bağlı qalmaqal
››› Kənd sakinləri 5G-dən qorxub mobil ötürücü qülləni uçurublar
››› Terror aktına görə danlanan idarə rəisi özünü öldürdü
››› Rusiyanın Qarabağdakı sülhməramlılarının komandanı yenə dəyişib
››› Universitetdə 4 nəfəri öldürənin müalicəsinə hər gün 2 milyon xərclənir
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Nazirlikdən xəbərdarlıq: Güclü leysan olacaq, dolu düşəcək
Son xəbərlər
Bütün xəbərlər »