Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Dünyanın ən sağlam və sirli suyu
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) hesabatlarına görə, zəmzəm suyu dünyanın ən sağlam suyudur.

Texnologiyanın inkişaf etdiyi bir dövrdə bu suyun sirri illərdir araşdırılsa da, hələ də açılmayıb. Zəmzəm suyunun mənbəyi dənizdən 80 kilometr uzaqdadır və ətrafında heç bir quyu yoxdur. Bundan başqa, zəmzəm suyunun quyusu cəmi 1,5 metr dərinlikdədir və Həcc ziyarəti zamanı milyonlarla ziyarətçi öz susuzluğunu bu quyudan su içməklə yatızdırır. Bununla belə, quyunun illərdir qurumaması, hətta suyunun səviyyəsinin düşməməsi tədqiqatçıların da böyük təəccübünə səbəb olub.

Moderator.az- ın məlumatına görə, Avropa laboratoriyalarında suyun tərkibi araşdırılıb və məlum olub ki, onun tərkibində çox az miqdarda kükürd var. Amerikadakı araşdırmalar nəticəsində isə bu suyun tərkibində mikroorqanizm və bakteriyaların olmadığı müəyyənləşib. Bu xüsusiyyət başqa heç bir suda yoxdur. ÜST də təsdiq edib ki, zəmzəm suyu dünyanın ən sağlam suyudur. Mütəxəssislər bir çox xəstəliklərin, xüsusilə, malyariyanın müalicəsində bu suyun müsbət təsiri olduğunu bildirirlər.

Yapon alim Masaru Emoto isə zəmzəm suyu haqqında daha maraqlı fikirlər bildirib. O, zəmzəm suyunun kristallarını mikroskop altında müşahidə edib. Yapon alimin sözlərinə görə, bu su azan səsi eşidiləndə və Quran oxunan zaman daha da saflaşır, zəng səsi gələndə isə qaralır. Alim iddia edir ki, zəmzəm suyu ətrafında baş verən bütün dəyişiklikləri “hafizəsində saxlayır”. Masaru Emoto zəmzəm suyunun tərkibinin bütün sulardan fərqləndiyini bildirib.

Son xəbərlər
Bütün xəbərlər »