Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Motosiklet qəzasında ölən generalın oğlu imiş...

Zığ şossesində motosikletlə qəzaya düşərək ölən şəxs Silahlı Qüvvələrin Baş qərargah rəisinin sabiq birinci müavini, general-leytenant Eyvaz Cəfərovun oğlu olub.

Bu barədə eks-müstəntiq Rüfət Səfərov məlumat yayıb. O bildirib ki, Eyvaz Cəfərovun oğlu Eldar Cəfərov ötən il də qəza törədib, nəticədə barmaqları kəsilib.

Əldə etdiyimiz məlumata görə, qəza iyulun 25-də saat 17 radələrində baş verib. Belə ki, generalın oğlu idarə etdiyi “Suzuki” markalı motosikleti yol kənarındakı maneəyə vurub və aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Qeyd edək ki, Eyvaz Cəfərov 2017-ci ildə istefaya göndərilib.

***

Xətai rayonunun Zığ şossesində yol-nəqliyyat hadisəsi baş verib.

Qəza iyulun 25-də saat 17 radələrində qeydə alınıb.

Bakı şəhər sakini Eldar Cəfərov idarə etdiyi “Suzuki” markalı motosikleti yol kənarındakı maneəyə vurub və aldığı xəsarətlərdən hadisə yerində ölüb. (Qafqazinfo.az)

Paylaş »
››› Daha bir türkdilli dövlətdə ruslarla bağlı qalmaqal
››› Kənd sakinləri 5G-dən qorxub mobil ötürücü qülləni uçurublar
››› Terror aktına görə danlanan idarə rəisi özünü öldürdü
››› Səfəvi səfillər
››› Rusiyanın Qarabağdakı sülhməramlılarının komandanı yenə dəyişib
››› Universitetdə 4 nəfəri öldürənin müalicəsinə hər gün 2 milyon xərclənir
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »