Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Elman Rüstəmov 2019-un sonu üçün inflyasiya proqnozu verdi

İlin sonuna inflyasiyanın hədəf daxilində 4±2% faiz həcmində qalacağı proqnozlaşdırılır.

Virtualaz.org-un məlumatına görə, bunu Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov deyib.

Onun sözlərinə görə, yanvar-iyun aylarında malların ixracı 15 faizdən, qeyri-neft ixracı isə 13 faizdən çox artıb: "Neftin orta qiyməti ötən dövrdə 66 dolları üstələyib. Ölkənin strateji ehtiyatları 9,6 faiz, başqa sözlə, 4,3 milyard dollar artaraq 49 milyard dolları keçib".

E.Rüstəmov qeyd edib ki, hazırda ölkədə faktiki inflyasiya hədəfdən aşağıdır: “İyun ayında aparılmış sorğu nəticəsində məlum olub ki, əhalinin cəmi 2,3%-i inflyasiya tempinin yüksələcəyini gözləyir. Bu, mart ayına nisbətən 10 faiz bəndi azdır”.

Son xəbərlər
Bütün xəbərlər »